Mobil versiya
Pizza avtomatı – cəmi 3 dəqiqəyə təzə bişmiş, isti pizza almaq olacaq
Tarix: 30-03-2023 | Saat: 13:57
Bölmə:Özəl | çapa göndər

Pizza avtomatı – cəmi 3 dəqiqəyə təzə bişmiş, isti pizza almaq olacaq

Polşanın paytaxtında quraşdırılmış ilk pizza avtomatının satışa təqdim etdiyi məhsul maşının yalnız qızdırdığı hazır yarımfabrikat deyil. Cəmi 3 dəqiqə ərzində avtomat qurğu yerindəcə xəmiri yoğurur, baza düzəldir və müştərinin seçiminə uyğun içlik düzür. Pizza bişdikdən sonra kağız qutuda müştəriyə verilir. Varşavanın mərkəzində, yeraltı keçidlərdən birində quraşdırılmış ilk pizza avtomatı gecə-gündüz işləyir və müştərilərə 20 PLN-dən (təxminən 8 AZN) başlayaraq seçmək üçün dörd növ pizza təklif edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024