“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı
Tarix: 30-03-2023 | Saat: 09:00
Bölmə:Parlament | çapa göndər
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Füzuli Rayon Komitəsinin təşkilatçılığı ilə “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə iştirak edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, TİAHİ Füzuli Rayon Komitəsinin sədri Əli Sadıqov, qazi Tomas Babayev və başqaları çıxış ediblər. Onlar cəmiyyətdə elmin, təhsilin inkişafına töhfələri ilə bərabər, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində də fəallıqları ilə seçilən qəhrəman təhsil işçilərindən bəhs edib, onların döyüş yolu və şücaəti haqqında məlumat veriblər. Təhsil işçilərinin İkinci Qarabağ müharibəsindəki rəşadətindən bəhs edən “Qəhrəman təhsil işçiləri” kitabının dəyərli vəsait olduğu vurğulanıb. “Söz uçar, yazı qalar” prinsipindən yanaşaraq, vəsaitin gələcək nəsillər üçün örnək olacağı qeyd edilib.
Çıxış edənlər kitaba görə TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürlərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025