Mobil versiya
Donald Tramp: "Mən prezident olsaydım Putin Ukraynaya hücum etməzdi"
Tarix: 30-03-2023 | Saat: 12:01
Bölmə:Özəl | çapa göndər

Donald Tramp:

Birləşmiş Ştatların eks-prezidenti Donald Tramp Fox News-ə müsahibəsində bəyan edib ki, Rusiya Ukraynanı tamamilə işğal edə bilər.

ABŞ-ın keçmiş prezidentinin sözlərinə görə, o, şəxsən Vladimir Putinlə yaxşı münasubətdə olub. "Mən prezident olsaydım , Rusiya prezidenti üçün vəziyyət daha yaxşı olardı və Putin Ukraynaya hücum etməzdi"- deyə Tramp bildirərək əlavə edib ki, nəticədə Rusiya Ukraynanı "tamamilə işğal edəcək".

Tramp əvvəllər də bildirirdi ki, Rusiya prezidenti Vladimir Putinlə dost, lakin ciddi münasibətləri olub. Eks-prezidentin sözlərinə görə, o, bu münasibətlərlə bağlı öyünməyi sevmir və güya o prezident olsaydı, Putin Ukraynaya hücum etmək barədə düşünməzdi. Donald Tramp, Ukraynaya hücumun hazırki prezident Co Baydenin hakimiyyəti dövründə başladlğını bildirib və qınayıb.

Jurnalistin "Siz niyə bu qədər əminsiniz ki, Rusiya-Ukrayna müharibəsinin başlamasının qarşısını ala bilərdiniz?"- sualına, Donald Tramp "Ona görə ki, Putin bilirdi ki, mənimlə qarşıdurmaya getməyin mənası olmayacaq"-deyə cavab verərək əlavə edib ki, "Mən bu barədə danışmaq istəmirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024