Seul məhkəməsi Cənubi Koreyanın 1968-ci il qırğınından ziyan çəkmiş Vyetnam vətəndaşına təzminat ödəməsi barədə qərar verib
Tarix: 30-03-2023 | Saat: 09:45
Bölmə:Özəl / Dünya | çapa göndər
Tarixdə ilk dəfə olaraq Cənubi Koreya məhkəməsi dövlətin Vyetnam müharibəsi zamanı qətliam qurbanlarına təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Seul Mərkəzi Məhkəməsinin fevralın 7-də qəbul etdiyi qətnamə ilə Cənubi Koreya hökumətinin 1968-ci ildə mərkəzi Quanq Nam əyalətində Cənubi Koreya əsgərlərinin 74 mülki vətəndaşı öldürməsi nəticələnən qırğınlarda ailə üzvlərini itirən Vyetnam vətəndaşı Nquyen Thi Tanha 24 min dollar təzminat ödəməli olduğuna qərar verilib. Bununla belə, Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi həmin qərarla razılaşmayaraq apelyasiya şikayəti verib. Bundan sonra Vyetnam Cənubi Koreyanı tarixi həqiqətə hörmət etməyə çağırıb. VN Express agentliyi Vyetnamın Xarici İşlər Nazirliyinin sözçünün müavini Pham Thu Hanqın mətbuat konfransında çıxışından sitat gətirib: “Vyetnamın mövqeyi keçmişdən imtina etmək və gələcəyə baxmaqdır, lakin bu, tarixi həqiqəti inkar etmək demək deyil.”
Qeyd edək ki, Cənubi Koreya 1964-1973-cü illərdə Vyetnama 300 mindən çox hərbçi göndərib. Bu ABŞ ordusundan sonra ölkəyə yeridilən ikinci ən böyük hərbi kontingent olub.
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024