Mobil versiya
Üçüncü ölkələr müharıbə iştirakçısı sayılırmı?
Tarix: 29-03-2023 | Saat: 13:01
Bölmə:Özəl | çapa göndər

Üçüncü ölkələr müharıbə iştirakçısı sayılırmı?

Ukraynaya hərbi-texniki yardım göstərən ölkələr birbaşa müharibənin iştirakçısı sayıla bilərmi? Almaniya bundestaqının deputatı Jaklin Nastiç, üçüncü ölkələrin Ukraynanın hərbi qüvvələrinin Rusiya ilə apardığı müharibədə xarici təyyarələrə texniki xidmət göstərməklə birbaşa müharibə iştirakçısı sayılıb-sayılmaması ilə maraqlanıb.

"Federal hökumətin fikirincə, ölkəsinin ərazilərində Ukrayna hərbi qüvvələrini silah-sursatla təmin edən, hərbi təyyarələrini müasir təhcizadla yeniləyən, öz ölkələrinin ərazilərindən hərbi əməliyyatların aparılması üçün qırıcı təyyarələrin uçuşuna icazə verən ölkələr müharibənin birbaşa iştirakçısı sayıla bilərmi?"- deyə Nastiç, hökumətdən beynəlxalq hüquq çərçivəsində sualının cavablandırılmasını xahiş edib.

Deputatın sualını cavablandıran Almaniya hökumətinin silahlandırma məsələlərinə nəzarət üzrə cavabdeh şəxsi Syuzana Baumani bəyan edib ki, hökumət "geosiyasi məsələləriə şəhr vermir". Bununla yanaşı o, qeyd edib ki, hüquqi baxımdan nə Almaniya, nə də digər tərəfdaş ölkələr münaqişə tərəfi sayıla bilməz.

"Ukraynaya özünü müdafiə hüquqları çərçivəsində göstərilən dəstək tədbirləri, dövləti statusunun beynəlxalq hüquq normalarına uyğundur"- deyə hökumətin cavab məktubunda bildirilir.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024