Mobil versiya
Azərbaycanda siyasi dialoq uğurla həyata keçirilir
Tarix: 29-03-2023 | Saat: 12:28
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda siyasi dialoq uğurla həyata keçirilir

Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Bu isə siyasi subyektlərin, ictimai institutların səmərəli fəaliyyətinə, eləcə də dövlət maraqlarının qorunmasına mühüm töhfə verir. Bütün bunlar isə öz növbəsində Azərbaycanın müasir mənzərəsinin - siyasi dialoq mühitinin və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasını təmin etməkdədir. Bu gün Azərbaycanda yeni siyasi mühit, siyasi həmrəylik mövcuddur. Hazırda ölkədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi gedir. Bütün bunlar yeni bir siyasi münasibətlərin formalaşdığını təsdiqləyir. Azərbaycanda siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha intensiv şəkildə gedir. Son vaxtların əsas siyasi müzakirə mövzularından biri Azərbaycanda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşmasıdır. Cənab Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi olan bu proses artıq ilkin nəticələrini verir. Bir sıra yeni partiyaların dövlət qeydiyyatına alınması, siyasi partiyaların liderləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində mütəmadi keçirilən görüşlər dediklərimizə sübutdur.
Bu baxımdan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoqu və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Bu gün ölkədə həyata keçirilən siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını veriblər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır. Cənab Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır. Həmçinin siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşır. Ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması, həqiqətən də siyasi partiyalar və təşkilatlar arasında münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Bu gün ölkəmizdə demokratiyanın vacib elementlərindən biri kimi siyasi partiyaların fəaliyyətinə hər cür şərait yaradılıb.
Ölkə başçısının nümayiş etdirdiyi siyasi iradə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi. Ölkəmizdə 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması göz önündədir. Bütün bunlar ölkədaxili siyasi münasibətlərə müsbət təsir etməklə cəmiyyətdə siyasi proseslərə yeni yanaşma formalaşdırıb. Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakını təmin edib. Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi dəyişikliklər bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühitini daha da möhkəmləndirmiş, ölkədə sabitliyin, siyasi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi üçün qüvvətli əsaslar yaratmışdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024