Mobil versiya
ABŞ Rusiyaya qarşı hərbi tribunal yaradır
Tarix: 29-03-2023 | Saat: 12:07
Bölmə:Özəl | çapa göndər

ABŞ Rusiyaya qarşı hərbi tribunal yaradır

The New York Times qəzeti yazır ki, ABŞ Dövlət Departamenti Olobal Cinayət Ədaləti məsələləri üzrə səfiri Van Şaak bildirib ki, prezident Co Bayden administrasiyası, Vaşinqton və Kiyevin digər tərəfdaşlarının Ukrayna prokurorlarına rusiyalı vətəndaşlara qarşı çinayət işi qaldırmasına və istintaq aparmasına şərait yaradılması üçün beynəlxalq tribunalın yararadılması ideyasını dəstəkləyir.

Bununla yanaşı Van Şaak etiraf edir ki, Vaşinqton qarşı tərəfin də analoji addım ataraq, amerikan vətəndaşlarının təqib olunması üçün analoji tribunal yarada biləcəyindən ehtiyatlanır. "Bumeranq effekti" nəticəsində ABŞ hakimiyyətinin üzvüləri də digər ölkələrə hücum etməkdə günahlandırılaraq tribunala çıxarıla bilərlər.

Bildirilir ki, Rusiyaya qarşı hibrit məhkəmə, həm Ukrayna, həm də xarici vətəndaşlardan ibarət hüquq sahəsi üzrə mütəxəsislərdən təşkil oluna bilər. Həmin məhkəmə hərbi əməliyyat zonalarından kənarda, məsələn elə Haaqada fəaliyyət göstərə bilər. Ümumiyyətlə isə ekspertlər belə bir tribunalın yaradılması ideyasının heç bir effekt verməyəcəyini bildirirlər.

Buna baxmayaraq, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin əməkdaşı Vedant Patel bəyan edib ki, Vaşinqton Ukrayna ilə bağlı xüsusi tribunalın yaradılmasını istəyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024