Mobil versiya
Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”
Tarix: 29-03-2023 | Saat: 10:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqil Abbas:

“Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər”.

aia.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Onun sözlərinə görə, buna səbəb son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirməsidir:

“Təbii ki, bu, terror hadisəsidir. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm də Azərbaycanda qeyri-adi ziyalıdır. Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür. Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər. Amma buna gücləri çatmayacaq. Deputatı vurmaq elə-belə hadisə deyil. Qarışıqlıq salmaq məqsədilə edilib. İnanıram ki, tezliklə bu cinayətin üstü açılacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024