DEMOKRATİK RƏQABƏTƏ ÇAĞIRIŞ.
Tarix: 28-03-2023 | Saat: 16:16
Bölmə:Özəl | çapa göndər
Hal -hazırda ölkəmizdə gedən sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən sağlam mühitin yaradılması çox mühim əhəmiyyət kəsb edir. Bu mövzuda ölkə prezidenti İlham Əliyev cənablarının bir çox informasiya vasitələrinə verdiyi müsahibələrindəki öz çıxışlarında xüsusilə qeyd etmişdir. O, BMT-nin 75-ci illiyinə həsr edilmiş iclasında bu haqda bunu söylədi ki, "Mən həmişə demişəm ki, hökumətlə müxalifət arasında , aparıcı partiya olan YAP və digər partiyalar arasında normal sivil münasibətlərə ehtiyacımız var .Bizim həmişə normal dialoqa ehtiyacımız var. Hal-hazırda ölkədəki siyasi vəziyyət bu siyasi dialoqu daha da dərinləşdirəcək əhəmiyyətli bir münasibətlərə çevirəcəkdir. Bizim indi ümumi məsələmiz Qarabağ məsələsidir. Bu ümumi məsələlər siyasi partiyanın real fəaliyyətidir. Eyni zamanda ölkəmizdə demokratiyanın inkişafı, iqtisadi azadlığın bərqərar olması, həmdə ölkəmizin hərtərəfli güclənməsidir. Bu gün həm dünyada, həm də ölkəmizdə aparılan siyasi dialoqları çox təqdir edirəm. Belə hesab edirəm ki, bu siyasi dialoqlar ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün çox böyük əhəmiyyəti vardır ".
Bunu da qeyd etmək istəyirəmki , ölkəmizdə açıq və demokratik rəqabətə çağırış "Siyasi partiyalar haqqında " yeni qanun hazırlanmasını vacib bir məsələ kimi qarşıda durur. Ona görədə " Siyasi partiyalar haqqında yeni Qanun layihəsi hazırlandı. Bu yeni Qanun layihəsi ilə bağlı ötən ilin 26 iyul tarixində Milli Məclis tərəfindən ölkədə olan bütün siyasi partiyalara müraciət olunub . Bu demək olar ki , Milli Məclisin tarixində 23 noyabrda ilk dəfə olaraq Qanun layihəsi Milli Məclisin saytında 7 sentyabrda yerləşdirilib. Məqsəd siyasi cəmiyyətin rəy və təkliflərinin birləşdiriliməsi idi. Aparılan ictimai rəy sorğusu Sosial Tədqiqatlar Mərkəzi tərəfindən araşdırılıb. Verilən 40 sual Qanun layihəsində öz əksini tapmışdır. Milli Məclis tərəfindən qəbul olunmuş sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki dəfə ictimai dinləmə keçirilmişdir.
Bu dinləmələrin də müsbət tərəfi o oldu ki, Milli Məclisin komitə və plenar iclaslarında 40- dək layihədə əlavə dəyişiklər edildi.
Hər birimizə məlumdur ki, şəfaf dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olması deməkdir.
Bu ölkəmizin siyasi tarixində ilk hadisədir ki, yeni Qanun layihəsinin hazırlanması prosesində iştirakçı tərəflərin rəy və təklifləri nəzərə alınmışdır. Belə hadisələrin cəmiyyətdə açıqlanması siyasi partiyaların tanıması deməkdir. Bəzi siyasi partiyalar belə rəqabət mühitinə tab gətirməyərək fəaliyyətlərinə son qoyulması haqqında bəyanatlar verdilər. Çünki , zəif partiyalar xarici bizi istəməyən qüvvələrin əlində manipulyasiya alətinə çevrilir .
H.GÜLNARƏ HƏSƏNQULU QIZI.
Nəsimi rayon sakini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025