Mobil versiya
Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri uğurlu siyasətin mütərəqqi addımlarıdır.
Tarix: 28-03-2023 | Saat: 16:12
Bölmə:Özəl | çapa göndər

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri uğurlu siyasətin mütərəqqi addımlarıdır.

Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinin ,iqtidar- xalq birliyinin,dövlətimizin humanist ənənələrə söykəndiyinin əsaslı sübutudur. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə partiya sədrləri arasında ikitərəfli və çoxtərəfli görüşlərin , konfransların ,müxtəlif tədbirlərin keçirilməsi ,  bu tədbirlərdə ölkənin ictimai-siyasi, sosial, təhlükəsizlik məsələləri ətrafında müzakirələrin, fikir, informasiya mübadiləsinin aparılması praktikası, azad olunmuş ərazilərə birgə səfərlərin təşkili, siyasi partiyalarla bir növ "qaynar xətt" yaradılması praktikasının tətbiqi, həm də bu prosesin nəticəsi olaraq bir sıra partiyaların qeydiyyatı, qurultaylarının keçirilməsi, ofis probleminin həlli ümumən Azərbaycan cəmiyyətində yeni, sivil siyasi münasibətlərin formalaşdırılması istiqamətində pozitiv nəticələrdir.Bunu da qeyd etmək lazımdır ki ,heç bir  partiya   siyasi dialoqdan imtina etməyib. Bu da artıq Azərbaycan dövlətinin hər bir vətəndaşının iqtidar və ya müxalifət olmağından asılı olmayaraq birliyini ,bir amal ,bir məqsəd uğrunda düşündüyünü göstərir.Bu amal ,bu məqsəd isə Azərbaycanın azadlığı və müstəqilliyidir. 
44 günlük Vətən müharibəsi dövründə millətimiz, dövlətimiz üçün vacib olan milli birlik formalaşdı. Yəni heç bir siyasi təşkilat, siyasi arenada olan şəxslər fərqli mövqe nümayiş etdirmədilər. Faktiki olaraq dövlətin, Ali Baş Komandanın, Ordumuzun yanında olduqlarını, 44 günlük müharibə və ondan sonrakı dövrdə də Ordumuzun qələbəsi üçün mümkün olan dəstəyi nümayiş etdirdilər. Yəni cəmiyyətdə çaxnaşmanın, xaosun olmaması, vahid fikrin mövcudluğu bütün diqqəti cəbhədə ,qələbəyə yönəltdi. Cəmiyyət bir yumruq şəklində birləşdi. Şükür olsun ki, 29 ildən sonra torpaqlarımızı işğaldan azad etdik. Bu, milli birlik, dialoq nəticəsində mümkün oldu. Mənim fikrimcə, dialoqun əsas nəticəsi məhz budur. Məhz bu birlik bizə qələbəni qazandırdı.
“Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir” ,-deyən İlham Əliyev dialoqun Azərbaycanın milli maraqları üçün zəruri olmasını, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, qaçqınların öz yurdlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, dünyada dövlətimizin nüfuzunun daha da artması üçün Azərbaycanda indiki kimi qarşıdurmalar olmayan cəmiyyətə ehtiyac olmasını nəzərdə tutmuşdur. 
Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Kim bu səfərbərlikdən boyun qaçırırsa, dialoqu inkar edirsə, milli həmrəyliyə qarşı çıxış etmiş hesab edilir .Milli həmrəyliyimizin ən böyük göstəricilərindən biri də məhz bu dialoqun bərqərar olmasıdır.
. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu,bu qanun maddələri siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Bu qanun partiyaların ölkənin ictimai-siyasi həyatında önəmli mövqeyinin olmasını sübut edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət edir,dövlətin atdığı hər addımda birlikdə ,eyni marağa xidmət edən siyasi rolu təklif edir.Hazırda dövlətin və xalqın qarşısında Böyük qayıdış,Qarabağı cənnətə çevirmək,30 ilin həsrətinə birdəfəlik son qoymaq ,Dünyanın nəzər nöqtəsini çiçəklənən qələbəmizlə uğurlu inkişafımıza yönəltmək kimi müqəddəs missiyalar durmaqda ikən xırda çəkişmələr,dialoqdan yayınmalar,xarici havadarların oyuncağına çevrilmək həmin kütləni ancaq süquta uğrada bilər.Odur ki,ölkədə hər kəs prezidentin ətrafında birləşərək vahid bir yumruğa çevrilməli,çəkici eyni hədəfə vurmalı,ölkəni daha parlaq gələcəyə ləyaqətlə aparmalıdır.
 
Nəsimi rayon 16 nömrəli THL-in Azərbaycan dili və ədəbiyyat müəllimi
Nəbiyeva Afaq



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025