İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir
Tarix: 28-03-2023 | Saat: 16:00
Bölmə:Özəl | çapa göndər
Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış, fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.
Bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bunun əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlayıb. Hazırda ölkədə 50-dən çox siyasi partiya, 4000-dən çox QHT və İctimai Birliklər fəaliyyət göstərir. Bəzi partiya rəhbərlərinin düşündüyü kimi, ölkədə siyasi mühitin üzvləri təkcə siyasi partiyalar deyil. QHT-lər və İctimai Birliklər də öz növbəsində siyasi fəaliyyətin iştirakçılarıdır və onların da bir çox məsələlərdə fərqli mövqeləri və baxışları var. Bir qayda olaraq QHT və İB-lər dialoqa daha meylli qurumlar kimi tanınır və ona görə də bu qurumların fəaliyyəti dialoq mühitinin formalaşmasında pozitiv komponent kimi qiymətləndirilməlidir.
Siyasi dialoq çoxpartiyalı siyasi sistemlərə xasdır və siyasi mədəniyyətin mühüm göstəricisidir. Bu dialoqa o zaman ehtiyac yaranır ki, iqtidarın siyasi kursu birmənalı qarşılanmasın və mövcud situasiyadan narazılıq olsun. Gərginliyin çözülməsi və ya yumşalması məqsədini güdən bu tipli təşəbbüslər zamanı sosial-siyasi bütövlük və konsensus qorunur, kəskin qütbləşmənin qarşısı alınır. Siyasi dialoq çərçivəsində ümumi kurs hazırlanır və razılığa gəlmək istiqamətində cəhdlər edilir. Bu proses zamanı mübahisələr etik aparılmalı və rasional arqumentlər əsasında həyata keçirilməlidir.
Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.
2020-ci ilin martın 10-da 6-cı çağırış Milli Məclisin açılış iclasında çıxış edərkən Prezident İlham Əliyev bildirmişdi ki, “…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır, ... siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz... Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”
Beləki, ölkə rəhbəri bütün siyasi qüvvələri açıq və demokratik rəqabətə çağırıb. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir.
Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyev vurğulamışdır :
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.
Azərbaycan Dillər Universiteti TGT nəznində TEDx təşkilatının fotoqraf və dizayneri
Əskərzadə Toğrul
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025