Siyasi münasibətlərdə əsas demokratik dəyər siyasi dialoqdur
Tarix: 28-03-2023 | Saat: 15:54
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev öz çıxışlarında siyasi münasibətlərdə iqtidar və müxalifət arasında sağlam dialoqun vacibliyini dəfələrlə qeyd etmişdir.Cənab Prezident vurğulamışdır ki, bəzən iqtidar nümayəndələrinin görmədiyi nöqsanları müxalifər nümayəndələri görürlər. Bu nöqsanları diqqətə çatdırırlar, bu da cəmiyyətin və dövlətin inkişafı üçün vacib amillərdən biridir. Əslində bütün siyasi qüvvələr üçün müstəqlliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarımız hər şeydən vacibdir. Hakimiyyət öz növbəsində siyasi dialoqun başlanmasını həmişə diqqətdə saxlayır. Siyasi partiyalar isə buna müsbət reaksiya verməli və daim siyasi dialoqda maraqlı olmalıdır. Həm də bu siyasi dialoq normal, sağlam və sivil münasibətlərə əsaslanmalıdır.
İqtidar müxalifət dialoqunda ölkə üçün əhəmiyyətli məsələlərin müzakirəsi ümumi işimizin uğurla nəticələnməsinə xidmət etməlidir. Vacib məsələlərin sırasında Qarabağ məsələsi, siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların təkmilləşdirilməsi, ölkəmizin güclənməsi siyasi dialoqların tərkib hissəsi olmalıdır. Cənab Prezidentin hakimiyyəti dövründə siyasi partiyaların normal fəaliyyətini təmin etmək üçün “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması və qüvvəyə minməsi müxalifət partiyaların siyasi proseslərdə açıq və bərabərhüquqlu münasibətlərdə iştirakını təmin edir. Miili Məclisdə qanun layihəsi hazırlanarkən bütün siyasi partiyalara müraciət olunmuş və ictimai rəy sorğusu keçirilmiş, onların təklifləri üçün şərait yardılmışdır. Azərbaycan iqtidarı hər zaman müxalifətlə siyasi dialoq prinsiplərinə sadiqdir. Bunu demokratik dəyər kimi qiymətləndirir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir.
Müasir dünyada siyasi partiyalar ökədə baş verən hadisələrə aktiv münasibət bildirməli, bütün məsələlərdə dövlətin milli maraqlarını qorumalıdır. Bəzi siyasi partiyalar ölkəmizə qarşı yönəldilmiş çirkin siyasi oyunların alətinə çevrilməməlidir. Radikal siyasi qüvvələrin fikirləri sağlam əməkdaşlığa, demokratik dəyərlərə söykənmir, əksinə ölkənin parçalanmasına səbəb olur. Bu amil peşəkar və demokratik qaydalara uyğun deyil. Təbii ki, bu qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanunda bütün təfərrüatı ilə öz əksini tapmışdır.
Beləliklə, demokratik müxalifətçilik siyasi dialoqlar aparılmadan mümkün deyil. Müzakirələr tələb olunan məsələlərdə iqtidar müxalifət dialoqunun olması cəmiyyətdə mövcud demokrtatik dəyərlərin formalaşdırılmasında əvəzsiz rol oynayır. Sağlam, açıq və şəffaf dialoqdan imtina edilməsi milli həmrəyliyimizə zərbə vurur.
İlyas Əfəndiyev adına Elitar gimnaziyanın tarix müəllimi :
Samir Səmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025