Mobil versiya
Eltun Süleymanov: “Ölkə başçısının bu müraciəti və təbriki hər bir azərbaycanlının qəlbində daha bir bayram tonqalı qaldı”
Tarix: 28-03-2023 | Saat: 11:50
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: “Ölkə başçısının bu müraciəti və təbriki hər bir azərbaycanlının qəlbində daha bir bayram tonqalı qaldı”

“Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran Novruz ta qədimlərdən sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olub. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirib. Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.”

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr mavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır. Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib.
Xalqımız bu Novruzu da əmin-amanlıqla, gözəl duyğularla qarşılayır. Tarixi Zəfərimizdən sonra üçüncü dəfə bayram tonqalını Qarabağda- Tərtər rayonunun Talış kəndində alovlandıran cənab prezident İlham Əliyev xalqımıza məhz bu cənnət diyardan bayram təbriki söyləyib, müraciət ünvanlayıb. Ölkə başçısı müraciətində 30 illik işğal dövründə xalqımızın keçirdiyi çətin günlərdən, Ermənistanın təcavüzünə məruz qalmış insanların həyatından bəhs edərək artıq o çətin günlərin arxada qaldığını bildirmiş, üçüncü dəfə Qarabağda bayram tonqalı qalamağımızı fərəhlə qeyd etmişdir: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.”

Müsahibimiz bildirmişdrir ki, “ölkə başçısı müraciətində bu qələbənin daimi olduğunu və artıq realıqların dəyişdiryini bildirmi, sülh şərtlərinin Azərbaycan tərəfindən diqtə edildiyini qeyd etmişdir. Ermənistan nə qədər revanşist əhaval-ruhiyyədə olsa belə, dünya bizim haqq işimzi tanıyır və qalib, öz ərazi bütövlüyün təmin edən xalq kimi qəbul edir. “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”-deyən cənab Prezident qeyd etmişdir ki, biz bu müddətdə Qarabağı bərpa etmə yolunda mühüm addımlar atmışıq. İndi Qarabağa “Böyük Qayıdış” layihəsi həyata keçirilir. Vətən torpağının hər qarışı öz əməyimiz və zəhmətimizlə cənnətə çevriləcəkdir. Dünya da dərk edir ki, bu torpaqların əsil sahibi kimdir.
Müsahibimiz sonda əlavə etmişdir ki, “ölkə başçısının bu müraciəti və təbriki ər bir azərbaycanlının qəlbində daha bir bayram tonqalı qaldı. Elə bir tonqal ki hərarəti və işığı gələcək nəsillərə azadlıq eşqi, müstəqillik amalı kimi ərməğan olacaqdır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024