Türkiyə terrora niyə məruz qalır, güclü Türkiyə nə kimi maraqlara maneədir
Tarix: 05-07-2016 | Saat: 13:03
Bölmə:Siyasət | çapa göndər
Tarixən imperialist güclər müsəlman dövlətlərini qarşı-qarşıya qoyub bir-biri ilə vuruşdurublar. İndi də elədir. Müsəlman dövlətləri çalxalanır, lazımsız müharibələrə, ixtişaşlara qoşulur, özlərini gücdən salırlar. Bundan isə qazanan onlarla növ köhnə model silahlarını satıb milyardlar əldə edən, təbii sərvətlərə sahiblənən Qərb dünyasıdır. Son 10 ildə buna qarşı çıxan, müsəlman ölkələrini ətrafında birləşdirib bir olmalarını təmin etmək istəyən başlıca dövlət isə Türkiyədir. Dərin təhlillərə söykənən məntiq üzərinə gəldiyimiz bu məsələdə R.T.Ərdoğan və komandasının israrlı olduğu təsdiqləndiyi kimi, Türkiyəyə qarşı dörd bir tərəfən açılan “cəbhənin” də buradan qaynaqlandığını isbatlayır. Bir az əvvəl R.T.Ərdoğanın “İndi də Türkiyədə universitetləri və litseyləri qarışdırmaq istəyirlər” deməsi dərin mətləblərdən xəbər verir. Ötən həftə Türkiyə-İsrail münasibətlərinin yeni bir tarixi mərhələyə qədəm qoyması, Rusiyanın “Su-24” təyyarəsinin vurulmasından sonra bir-birinə zidd olan Türkiyə-Rusiya münasibətlərinin normallaşması, hər iki ölkə rəhbərliyinin görüşünə dair məlumatların yayılması və tərəflər arasında aparıla biləcək telefon danışığına dair məlumatlar çox çəkmədi. Atatürk adına hava limanında terror aktı həyata keçirildi. Bu isə deməyə əsas verir ki, Türkiyənin güclü dövlətlərlə münasibətinin normallaşması digər qism dövlətlərin qısqanclığına səbəb olur.
Türkiyənin hazırki rəhbərliyi, daha doğrusu, AKP hökuməti özündən əvvəlki hökumətlərin dövründə ABŞ və Avropa dövlətlərinin dediyi ilə oturub-duran dövlət təsiri bağışlamadı, bəlkə də problem buradan qaynaqlandı. Lakin o da həqiqətdir ki, R.T.Ərdoğan bir çox müsəlman dövlətlərinin favoritinə çevrildi, onları ətrafında birləşdirdi, digər dövlətlər üçün də cəhdlər etməyə başladı. Bununla da, hardasa, müsəlman dünyasında gözü olan dövlətlərin maraqlarına mane oldu. Türkiyənin güclənməsi onlarla dövləti narahat etməyə başladı. Artıq bir çox müsəlman dövlətlərinin lideri kimi Ərdoğanın qəbul edilməsi bu dövlətə qarşı həmlələri sürətləndirdi. Türkiyə dövlətinin yeritdiyi xarici siyasəti məqbul bilməyən ölkələr bu dövlətin üzərinə çox böyük oyunlar oynadı. Ölkəni daxildən parçalamaq, vətəndaş qarşıdurması yaratmaq, son 10 ilin iqtisadi üstünlüyünü məhv etmək üçün planlar quruldu. Hətta, Rusiya dövləti ilə münasibətləri pozmaq kimi məsələlər ortaya atıldı. Rusiya-Türkiyə arasında müharibənin olacağına dair plan özünü doğrultmayanda PKK, İŞİD kimi təşkilatlar Türkiyədə
etdikləri terroru intensivləşdirdilər ki, bəlkə bu ölkə qarışar, Türkiyədə xalqlar arasında qarşıdurma yaranar, bir sözlə, millət Ərdoğanın üstünə qalxar, hakimiyyət dəyişikliyi mümkünləşər.
Beləliklə, Türkiyəyə dair bilmədiyimiz digər onlarla məsələ planlaşdırılsa da, hələ ki, Türkiyədə turizm sektoru istisna olmaqla, istəklərə nail olunmayıb, bu millət ayaqda qalmağı bacarır. Türkiyə terrorla üz-üzə qaldığı vaxtda belə Avropaya arxa çevirmir, Egey dənizi vasitəsilə Avrozonaya üz tutan qaçqın axınının qarşısının alınmasına dəstək verir.Hətta, Türkiyəlilərin Avropaya vizasız gediş-gəlişini şübhə altına almaq və bunu bəri başdan pozmaq üçün Berlin Bundestaqın “qondarma erməni soyqırımı” qəbul etməsi Türkiyəni qıcıqlandırmadı,məsələyə dözümlü davranış sərgiləndi, qaçqınların Avropaya axınının tənzimlənməsindən boyun qaçırılmadı,Türkiyə anlayışlı davrandı. Üzərinə düşən öhdəliyi yerinə yetirməkdə bunu bəhanə kimi götürmədi. Əksnə, Avropa rəhbərliyi qorxdu ki, türk vətəndaşlarının vizasız Avropaya gediş-gəlişi Avropa mətbuatının türklərdən yaratdığı “vəhşi və barbar” obrazı darmadığın edər, almanlar, ingilislər, fransızlar neçə belə illər KİV-lərində türklər barəsində yazılanların həqiqət olmadığını anlayar, ictimai, siyasi, sosial həyatda onların aktiv və işgüzarlığından əhatəli şəkildə məlumatlı olar. Bir sözlə, Türkiyənin Avropaya inteqrasiyası qarşısıalınmaz bir şəkil alar, Avropa İttifaqına üzvlük tezləşər. Bu da Avropa liderlərinin yeritdiyi ikili siyasətlə uyğunluq təşkil etməz, hər şey alt-üst olar. Bu həm də onunla izah oluna bilər ki, dünya və Avropada Türkiyəni özünə düşmən bilən ölkələr bu dövlətin iqtisadi və hərbi cəhətdən güclü olmasını şərtləndirə bilən bir neçə əmsala da yaxın olması ilə artıq barışırlar. Bunu bildikləri halda, Türkiyə vətəndaşlarının vizasız Avropaya gediş-gəlişini təmin etmək bu dövlətin iqtisadi imkanlarına təkan vermək deməkdir ki, bunu da istəmirlər. Yəni, Avropa və dünyada bilirlər ki, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu dövlətin iqtisadi həyatını canlandıracaq. 2018-ci ildə TANAP qaz boru kəməri vasitəsilə nəql olunacaq maye qazın güzəştli şərtlərlə əldə olunması qaza olan tələbatını ödəyəcək, Türkiyənin kəməri əhatə edən qardaş Azərbaycan, ona dost olan Gürcüstan dövləti ilə iqtisadi imkanlarını dərinləşdirəcək. Türkiyə hazırki iqtisadi vəziyyətdən daha güclü təsir bağışlayacaq. Bununla 2019-2020-ci illər üçün hədəflədiyi belə demək mümkündürsə, inqilaba bərabər sənaye istehsalında artıma nail olacaq, iqtisadiyyatın bütün sahələrini inkişaf etdirəcəkdir. İqtisadi cəhətdən güclüTürkiyə təbii hərbi sənayesinin inkişaf etdirilməsi barəsində də düşünəcəkdir.
Bununla, PKK, İŞİD, PYD kimi terror təşkilatlarına qarşı mübarizəni- ikinci fazada ölkə hüdudlarından kənarda aparılmasına geniş imkanlar yaradacaq. Türkiyənin yanında yer alan dövlətlərin sayı artacaq, bayaq yuxarıda qeyd etdiyimiz kimi müsəlman ölkələri ilə təmaslar genişləndiriləcəkdir. Bəlkə də, Rusiya-İsrail münasibətləri əvvəlki vəziyyətdən də yüksəyə qayıdacaq. Belə olanda Türkiyəyə “pərçim” edilmiş PKK-ya qoşulanların sayı minimuma düşəcəkdir. Ərdoğanı hakimiyyətdən aparmaq istəyənlər əksini – artıq onun Türkiyənin müasir qurucusu kimi xarakterizə olunduğunun şahidinə çevriləcəklər.
Bu səbəblərdəndir ki, bu gün Türkiyə dörd bir tərəfdən terror təhdidi ilə üz-üzə qalıb. Turizm sektoruna ümumilikdə iqtisadiyyatının inkişafına maneələr yaradılır. Amma Türkiyəni bu vəziyyətə gətirənlər və bu ölkənin Avropa Birliyinə üzv olmasına maneə olan dövlətlər onu da unudurlar ki, Türkiyə Avropa İttifaqına üzvlük məsələsini gündəmdən çıxarmaq üçün referendum da keçirə bilər. Zamanla NATO-da qalıb-qalmamasını da müzakirə edə bilər. Dünyanın nizamını poza biləcək addımlar atar, haqlı suallar da ortaya qoyar. Bəzi cırtdan Avropa dövlətlərinin xarici hərbi müdaxilədən qorunmasında NATO üzvü kimi lazımlı olduğunu, amma Avropa İttifaqına üzv olmaqda lazımsız tərəf olduğunu əsaslandırar və hər şeydən imtinada haqlı tərəf kimi çıxış edər. Çünki, bu gün İsrail, Rusiya kimi nəhəng dövlətlər Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlarsa, bu Türkiyə dövlətinin gücündən və gələcək perspektividən xəbər verir.
Fuad İsgəndərov
Faktinfo.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024