Mobil versiya
İcra başçısı Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun anım mərasimində iştirak edib
Tarix: 21-03-2023 | Saat: 10:47
Bölmə:Özəl | çapa göndər

İcra başçısı Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun anım mərasimində iştirak edib

Gəncədə 44 günlük Vətən müharibəsində şəhid olan Vüsal Məmmədovun xatirəsi anılıb. aia.az xəbər verir ki, anım mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
İcra başçısı Niyazi Bayramov şəhidin ailə üzvləri ilə görüşərək, onlara başsağlığı verib. Bildirib ki, şəhidlər təkcə valideynləri üçün deyil, hər bir azərbaycanlı üçün əzizdirlər. Azərbaycanın qəhrəmanlıq tarixinin Zəfər dolu salnaməsini yazan şəhidlər ölməzdirlər, xalqımız var olduqca onlar da yaşayacaqlar. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan igid oğul və qızlarını heç vaxt unutmayacaq.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Vüsal Elşən oğlu Məmmədov Gəncə şəhərində anadan olub, burada təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra fotoqraf kimi fəaliyyət göstərib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günündən könüllü olaraq cəbhəyə gedib. Füzuli, Xocavənd rayonları, eləcə də İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Döyüş yoldaşlarının sözlərinə görə, Vüsal özü yaralansa da silahı yerə qoymayıb, əksinə, yaralı əsgər yoldaşlarının təxliyyəsində iştirak edib.
Vüsal Məmmədov ölümündən sonra “Cəsur döyüşcü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024