Mobil versiya
İdmançılarımız İrəvana gedirlər
Tarix: 17-03-2023 | Saat: 13:32
Bölmə:Karusel / İdman | çapa göndər

İdmançılarımız İrəvana gedirlər

Azərbaycan ağır atletləri Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcəklər.

aia.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Onun sözlərinə görə, yarışda iştirakı təsdiqləyiblər.

“Bəli, biz İrəvandakı yarışda təmsil olunacağıq. Artıq iştirakımızı təsdiqləmişik və bizim tərəfimizdən hər hansı problem yoxdur. Sadəcə, oradakı təhlükəsizlik tədbirləri və s. ilə bağlı qarşı tərəflə təmaslar olmalıdır. Bu təmaslar hələlik başlamayıb”, - deyə K.Məstəliyev bildirib.

Qeyd edək ki, Avropa çempionatı 15-23 aprel tarixlərində keçiriləcək. /Oxu.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024