Mobil versiya
"Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir" - Baş nazir
Tarix: 17-03-2023 | Saat: 11:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir" -

Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.

aia.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz ərazisində işləri sürətlə davam etdirir.

Baş nazir eyni zamanda qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.

"Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır", - deyə nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024