Mobil versiya
Azərbaycanın xarici siyasəti milli maraqlara xidmət edir!
Tarix: 17-03-2023 | Saat: 11:07
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanın xarici siyasəti milli maraqlara xidmət edir!

Cənab Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatdı. Düşünürəm ki, səfər gözləntilərdən də uğurlu alındı. Bunun üçün həm İlham Əliyevin, həm də Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransına nəzər salmaq  kifayət edər. Orada çox açıq suallara qarşı faktlar təqdim olundu. Bir daha Almaniyanın həm Qarabağla bağlı, həm də regiondakı iqtisadi əlaqələrlə bağlı mövqeyi bəlli oldu. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır.  Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan Almaniya  Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Rəsmi Berlin Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir. Azərbaycan Almaniya ilə Avropa İttifaqının tərkibində əməkdaşlıq edib. Bu görüşdə isə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi xüsusi vurğulandı. Cənab Olaf Şoltsun da qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan münasibətlərinə Almaniyanın rəsmi mövqeyi ölkə başçısı cənab İlham Əliyevin mövqeyi ilə üst-üstə düşür. Yəni Almaniya da bir çox ölkə kimi Azərbaycanı dəstəkləyir. Təbii ki bu dəstək haqlı olmağımızdan irəli gəlir. Müzakirə olunan bütün məsələlər qlobal səviyyədə olduqca zəruri məsələlərdir. Hazırda Azərbaycan bərpaolunan enerji sahəsində çox yüksək tərəfdaşlıqlar qazanır. Düşünürəm ki, Almaniya da bu tərəfdaşlar sırasındadır. Həmçinin, cənab Prezidentin iş adamlarıyla da səmərəli görüşü keçib. Ümid edirəm ki, Almaniya biznes mühiti Azərbaycanda axtardıqları investisiya mühitini tapacaq. Bu məqsədlə ölkə başçısı iş adamlarını ölkəmizə səfərə dəvət edib.
Azərbaycan Prezidentinin Almaniyaya ilk günlük işgüzar səfərinə ikitərəfli və çoxtərərfli münasibətlər kontekstində qiymət vermək lazımdır. Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar var. Ölkədə həlledici söz sahibi kiçik və orta biznesdir. Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Azərbaycan Avropa Komissiyası üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Bu illər ərzində əldə etdiklərimizin bu səviyyədə qiymətləndirilməsi böyük nailiyyətdir. Azərbaycan gələcəkdə də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaq. Bu görüşlərdə ölkəmizin biznes potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verilib və müzakirələr aparılıb. Bu görüşlərdə və mətbuat konfransında dövlətimizin başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpaolunan enerji ixracatı sahəsində strateji əməkdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə ətraflı məlumat verib. Almaniya dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Azərbaycan isə bütün sahələrdə inkişafı ilə diqqəti cəlb edən regional liderdir. Dövlətlərin əməkdaşlığı hər ikisinin milli maraqlarına xidmət edir.

Azərbaycan Prezidentinin bu dəfəki səfəri əlaqələrimizi daha da dərinləşdirməlidir. Səfər çərçivəsində keçirilmiş görüşlərin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəyi şübhəsizdir və qarşıdakı illərdə biz bunun faydalı nəticələrini görəcəyik. Bu səfərdən sonra Almaniyanın Azərbaycana investisiyalarını artıracağını gözləyə bilərik. Çünki, Azərbaycan hazırda mühüm geosiyasi faktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atmaqdadır. Cənab Prezident İlham Əliyev bu görüşlərdə Cənubi Qafqazdakı təhlükəsizlik məsələsi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Bakının atdığı addımlar, sülh müqaviləsilə bağlı irəli sürdüyümüz 5 baza prinsipi, İrəvanın isə sülh prosesini yubatması kimi məsələlərə diqqət çəkib. Cənab Prezident sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılması məsələsindən də danışıb. 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024