Mobil versiya
Nəbi İsgəndərov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu hələ bundan sonra əsrlər boyu öyrəniləcək zəngin bir irsdir”
Tarix: 14-03-2023 | Saat: 09:00
Bölmə:Siyasət | çapa göndər

Nəbi İsgəndərov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu hələ bundan sonra əsrlər boyu öyrəniləcək zəngin bir irsdir”

“Bu il Azərbaycan Həmkarlar İttifaqlarının hər bir üzvü üçün bu il ikiqat əlamətdar ildir. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Əlbəttə ki, bu qərar bütün xalqın iradəsini ifadə etməklə, həm də yaşadığımız ilə xüsusi bir özəllik vermiş oldu. Eyni zamanda da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məhz bu il özünün 30 illik yubileyini qeyd edir. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü irəli sürdülər və bu təşəbbüs əsasında 5 fevral 1993-cü il tarixində təsis qurultayı keçirildi. Həmin qurultayda Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni yaradılmış Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Təsis qurultayında iştirakçıların təklifi və yekdil səsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə cənab Səttar Möhbalıyev seçildi. Bu təşkilatın yaranması Azərbaycanda həmkarlar hərəkatında irəliiyə doğru atılmış mühüm addım oldu. Ən əsası Səttar Möhbalıyevin təşəbbüsü və səyləri ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri yenidən özlərinə qaytarıldı. Lakin 1991-1992-ci illərdə Azərbaycanda hökm sürən xaos və özbaşınalıq mühiti fonunda bütün digər böyük qurum və təşkilatlar kimi, həmkarlar ittifaqlarının da qarşısında ciddi problemlər durmuşdu. Ölkədə hakimiyyətində təmsil olunan müəyyən qüvvələr təşkilatın bütün əmlak və resurs bazasını zəbt etmək üzrə idilər. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə fəaliyyət göstərən həmkarlar ittifaqlarını da faktiki olaraq dağılmaqdan qurtardı.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində ATİAHİ Cəlilabad Rayon Komitəsinin sədiri Nəbi İsgəndərov demişdir.

Daha sonra müsahibimiz Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu keçdiyini, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində əvəzsiz xidmətlər göstərdiyini qeyd edərək bunları deyib: “Bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini məhz Ulu Öndərin yaratdığı və həyata keçirdiyi konsepsiyalar təşkil edir. Məhz Ümummilli Liderimizin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış, xalqın və dövlətçiliyimizin tarixində göstərdiyi xidmətlərinə görə əvəzolunmaz şəxsiyyətdir. 1969-cu ildən başlayaraq bu böyük insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, Ulu Öndərin öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır.”

Həmçinin N.İsgəndərov Azərbaycan xalqının hazırda dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahid olduğunu vurğulayaraq, Cənubi Qafqazda yaranan yeni reallıqların müəllifi kimi çıxış etdiyini qeyd edib: “Ümummilli Liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin 2020-ci ildə Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş oldu. Ulu Öndərin siyasətini Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri hələ bundan sonra əsrlər boyu öyrəniləcək zəngin bir irsdir”, - deyə Nəbi İsgəndərov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024