Mobil versiya
Ulu Öndər Heydər Əliyevə minnətdarlıq duyğusu əbədi olaraq qəlbimizdə yaşayacaqdır
Tarix: 09-03-2023 | Saat: 17:00
Bölmə:Seçki 2024 | çapa göndər

Ulu Öndər Heydər Əliyevə minnətdarlıq duyğusu əbədi olaraq qəlbimizdə yaşayacaqdır

Hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirən şərtlərdən biri də milli dövlətə mənsub olmaqdır. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.
Belə bir mövcudluğun davamlılığını təmin edən nadir şəxsiyyətlərin yetişməsi, mübarizəsi hər bir xalq üçün qürur mənbəyidir, xilas yoludur. Belə nadir şəxsiyyətlərdən biri də Ulu öndər Heydər Əliyevdir. Keçən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən Heydər Əliyev çağdaş dövlətçilik, azərbaycançılıq ideologiyasının müəllifi kimi yalnız Azərbaycan vətəndaşlarını deyil, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirdi. Heydər Əliyev bununla, eyni zamanda, xalqımızın Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsinə, milli həmrəyliyə nail olmasına müvəffəq oldu.
Ümummilli liderin müstəqillik konsepsiyasının mahiyyəti budur ki, milli müstəqillik millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bu günü və gələcəyi barədə həqiqətləri dərk etmədən mümkün deyil. Heydər Əliyevin nəzərincə müstəqillik xalqın mənəviyyatını qorumaq deməkdir. Bir mənəvi hadisə kimi o, daim hər bir vətəndaşın milli şüurunda möhkəm yer tutmalıdır: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”
Hələ sovetlər dönəmində Ulu öndər böyük uzaqgörənlik nümayiş etdirərək gələcəkdə özünün quracağı milli müstəqil dövlətin onurğası hesab olunan ordunun, silahlı qüvvələrin kadr bazasının əsasını sovet dövründə qoydu. 1971-ci ildə ümummilli lider Heydər Əliyev C.Naxçıvanski adına internatlaşdırlmış hərbi məktəbin məhz Azərbaycanda yaradılması haqqında Moskvadan razılıq ala bildi. Məhz həmin dövrlərdə 10 minə yaxın gənc Naxçıvanski hərbi məktəbini bitirərək Sovet İttifaqında ən nüfuzlu hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə aldılar. Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin məzunları erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər. Artıq illər keçdikcə sovetlər dövründə müstəqil Azərbaycan dövlətinin yaradılması istiqamətində Heydər Əliyev əslində yaxın gələcək illər üçün milli müstəqilliyin konsepsiyasını, planını çox dəqiqliklə hazırlayırdı.
1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. O hadisələri xarakterizə edən Ulu öndər qeyd edirdi: “Azərbaycanı parçalamaq , Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur.” Lakin düşmənlərin məkrini və hiyləsini xalqın həmrəyliyi ilə, Vətənə və dövlətçiliyi ilə dəf edən lider bir daha öz dahiliyini təsdiq eləmiş oldu.
“Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq.”-deyən böyük şəxsiyyət milli azadlığın mahiyyətini, müstəqilliyin əhəmiyyətini ən incə detalları ilə çatdırır, bu ideyanı həyata keçirmək üçün xalqı öz arxasınca aparırdı. Hər şeydən öncə Vətəndir, milli mənafedir şüarı Ümummilli liderin həyat amalı idi. Onun düşüncəsində müstəqillik çox qiymətli bir sərvət idi. Çünki sovetlər dönəmində ən yüksək vəzifələrdə olsa da müstəqil olmamağın əzablarını da, çətinliklərini də görmüşdü. Həyat təcrübəsi bu dahi şəxsiyyətə hələ gənclik illərindən xəyalını qurduğu müstəqil dövlətin keşməkeşli, lakin şərəfli yol olduğunu təlqin etmişdi. Ona görə də: -“Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.” – deyən Ulu öndər bu müstəqilliyin davamlı olması üçün mübarizənin labüdlüyünü də qeyd edirdi.
Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının liderinə etməklə bərabər, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevirmiş oldu. İndiki və gələcək nəsillər daima müstəqil dövlətin azad vətəndaşı kimi yaşamaqla bir ömür boyu Ümummilli Liderə minnətdar olacaq və bu irsi bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklər.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024