Mobil versiya
Pakistan Milli Assambleyasının sədri ölkəmizə rəsmi səfərə gəlib -Fotolar
Tarix: 06-07-2025 | Saat: 18:33
Bölmə:Siyasət / Parlament | çapa göndər

Pakistan Milli Assambleyasının sədri ölkəmizə rəsmi səfərə gəlib

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq iyulun 6-da ölkəmizə rəsmi səfərə gəlib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov, hər iki ölkənin səfirləri Xəzər Fərhadov, Qasım Mohiuddin və digər rəsmi şəxslər qarşılayıblar.

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-07-2025