Mobil versiya
Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Tarix: 04-03-2023 | Saat: 19:11
Bölmə:Parlament | çapa göndər

Yeni dünya düzəni yenidən formalaşmaqdadır

Rusiya və Ukrayna arasında olan qarşıdurma, müharibə bütün dünyanın diqqət mərkəzindədir və bu heç də təsadüfi deyil. Bunun da səbəbləri müxtəlifdir. Əvvəla, sözügedən müharibə çoxlu sayda insan tələfatına, yaşayış məntəqələrinin dağılmasına, şəhərlərin viran qalmasına, sağ qalan insanların sığınacaqlarda yaşamasına, məskunlaşmasına, bir sözlə çox çətin vəziyyətə, duruma səbəb olub. Digər tərəfdən də bütün dünya ictimaiyyəti, dünya dövlətlərinin qarışacağı təqdirdə üçüncü dünya müharibəsinin başlanması təhlükəsindən ehtiyatlanır. Bununla yanaşı, hər kəsi maraqlandıran yeni dünya düzəninin hanşı şəkildə formalaşacağıdır ki, bu da artıq get-gedə bəlli olur.
Ukraynanın öz suverenliyini, müstəqilliyini qoruması, bunun üçün mücadilə etməsi başadüşülən, eləcə də təqdirəlayiqdir və bu məqsədlə aparlan, sonsuza qədər davam edən mübarizə yalnız alqışlana bilər. Lakin bu mücadilə, ali niyyət Qərb üçün həmişə olduğu kimi, yenə də maraq dairəsində deyil və məqsəd tamamilə başqadır. Qərb üçün demokratiyanın da, ali dəyərlərin də hər zaman bəhanə olduğu bu dəfə də öz təsdiqini tapdı. Əvvəlcə Ukraynaya dəstək olacağını bəyan edən və bu ölkəni müharibəyə sürükləyən ölkələrin qarşıdurma yaranan andan etibarən müşahidəçi mövqedə olduqları heç kim üçün sirr deyil və elə məsələnin mahiyyəti də bununla bəlli olur. Bəlli olur ki, məqsəd Ukraynanın suverenliyi, haqq-ədalətin təmin edilməsi deyil və heç vaxt belə bir məqsəd olmayıb da.
Artıq ortaya çıxır ki, Avropa İttifaqını və Qərbi Avropanı çətinliklər gözləyir və onlar qarşıda çiddi iqtisadi çətinliklərlə üz-üzədirlər, hansıki buna dözmək məcburiyyətindədirlər. Avropa İttifaqı geosiyasi məğlubiyyətlə üz-üzədir və görünür Makron da elə Avropa qüvvələrinin yaradılması ilə bağlı fikirləri əbəs yerə ortaya atmamışdı, hərçənd bunun da artıq bir dəyəri qalmayıb. Get-gedə kiçilməkdə olan Qərbi Avropa tez bir zamanda Amerikanın nəzarətinə keçir. Əslində, ABŞ öncədən bu mənada da maraqlı olub və göründüyü kimi istəyinə çatmaqdadır. Hər zaman Avropanı idarə etməyə çalışan ABŞ tezliklə buna nail olacaq. Məqsəd də dünyada hegomonluğunu təsdiq etmək, ən azından Qərb dünyasına başçılıq etməkdir. İstər Rusiyanın nüfuzdan salınması, istərsə də Avropanın siyasi cırtdana çevrilməsi, ümimiyyətlə, hadisələrin gedişi təsdiq edir ki, dünya artıq dəyişir və tamamilə başqa mənzərə, düzən ortaya çıxır.
Bildiyimiz kimi, bütün dünyanı koronavirus pandemiyası cənginə aldığı zamanda onun qarşısını almaq və yoluxma sayını minuma endirmək məqsədi ilə Azərbaycanda təxrəsalınmaz tədbirlər davamlı olaraq həyata keçirilməyə başlandı. Əlbəttə ki, ölkəmizdə pandemiya ciddi nəzarət altında saxlanıldığından Azərbaycan “COVID-19”-la mübarizədə qabaqcıl ölkələr sırasında yer aldı. Yoluxma hallarının aşkarlanması, xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi və s. Məqsədilə geniş tədbirlər reallaşdı. Bu günə qədər dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşıb və davam etməkdədir. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Əlbəttə ki, Azərbaycan “COVID-19”-la bağlı milli və beynəlxalq səviyyədə ciddi səylər göstərərək qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı və Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etdi. Eləcə də dörd ölkəyə isə təmənnasız olaraq 150 min doza vaksin təqdim olundu. Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atmış oldu. Azərbaycan peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb və qəbul edilib. Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi də mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir.
Əlbəttə ki, beynəlxalq ictimaiyyət və inkişaf etməkdə olan ölkələr COVID-19-dan sonra bərpa mərhələsindədir. Bu Sammit yalnız sağlamlıqla məhdudlaşmır, eyni zamanda, bəzi ölkələrin iqtisadi inkişafı ilə bağlı problemlərinin həlli istiqamətində rola malikdir.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2024