Mobil versiya
Azərbaycan Prezidenti: Metsamor AES bütün region üçün böyük nüvə təhlükəsi yaradır
Tarix: 02-03-2023 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti:

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaradır.

aia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən bildirib.

Nüvə təhlükəsizliyi probleminə toxunan dövlətimizin başçısı Metsamor Atom Elektrik Stansiyasının köhnə texnologiya ilə işlədiyini və ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti, həmçinin Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024