Mobil versiya
Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər sistemində dövlətçilik və qanunun alilliyi prinsipllərinin rolu
Tarix: 02-03-2023 | Saat: 16:07
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər sistemində  dövlətçilik və qanunun alilliyi prinsipllərinin rolu

Müstəqil Azərbaycanın qurucusu, görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz öz müstəqilliyini, suverenliyini möhkəmləndirmiş, milli dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının müdafiəsi sahəsində davamlı uğurlar əldə etmiş və dünya birliyinin tamhüquqlu subyekti kimi beynəlxalq aləmində öz layiqli yerini tutmuşdur.
Yeri gəlmişkən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə əlaqədar xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan bu dahi şəxsiyyətin 100 illik yubileyi hazırda Respublika səviyyəsində böyük hörmət və ehtiramla qeyd edilməkdədir.
Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının (YAP) siyasi dəyərlər sistemində müəyyən olunmuş strateji istiqamətlər sırasında dövlətçilik və qanunun aliliyi prinsiplləri mühüm yerlərdən birini tutur.
Azərbaycan dövlətçiliyində Heydər Əliyevin adı ilə bağlı olan əsas məqamlardan biri də məhz daşıdığı əhəmiyyətinə görə bəşəri mahiyyət kəsb edən və təməl prinsiplərdən hesab olunan dövlətçilikdir. Bu prinsip isə “Hər şey dövlət naminə” şüarına söykənərək Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunması naminə bütün qanuni vasitələrdən istifadə edilməsinin vacibliyi ideyasına əsaslanır.
Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə milli dövlətçilik prinsiplərinə daim sadiq qalmış, hətta sovet illərində də Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi formalaşaraq inkişaf edə bilməsi üçün mümkün olan bütün imkanlarından istifadə etmişdir.
Məhz elə bunun bariz təzahürüdür ki, Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən və 1992-cil martın 2-də BMT-yə tamhüquqlu üzv qəbul olunduqdan sonra beynəlxalq münasibətlər sisteminin fəal subyektinə çevrilmiş, 1993-cü ildən etibarən isə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dünya birliyində öz layiqli yerini tutmağa başlamışdır.
Bütün dünyada olduğu kimi Azərbaycanda da qanunun aliliyinin təmin edilməsi ilk növbədə insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən əsas amillərdəndir. Heç də təsadüfi deyildir ki, Azərbaycan Konstitusiyasının preambulasında təntənəli surətdə bəyan edilmiş niyyətlərdən biri də xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaqdır.
Buna görə də müstəqil dövlətimizdə insan hüquq və azadlıqlarının səmərəli təmini məqsədilə ictimai münasibətlərin dolğun şəkildə tənzimlənməsinə yönəlmiş keyfiyyətli və mükəmməl qanunlar qəbul edilmiş və bu proses mütəmadi olaraq davam etdirilir. Lakin bununla bərabər qanunların aliliyi prinsipinə əməl edilmədən onların dolğun bir şəkildə icra olunmasına nail olmaq mümkün olmazdı.
Bu baxımdan cəmiyyətdəki mövqedən, fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs qanuna əməl etməklə onun aliliyi prinsipinə sadiqlik nümayiş etdirməlidir.
Bizdə çalışırıq ki, pedaqoji fəaliyyətimiz çərçivəsində gələcəyimiz olan uşaq və gənclərə tədris etdiyimiz fənnin incəliklərini öyrətməklə yanaşı, dövlətçilik və qanunun aliliyi prinsiplərinin mahiyyətini də izah edərək onları xalqımıza, dövlətimizə sədaqətli olan layiqli vətəndaşlar kimi yetişdirək.

İlahə Həsənova,
Bakı Slavyan Universitetinin
Məktəb-Lisey Kompleksinin
direktor müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024