Mobil versiya
Münxen Konfransı Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha göstərdi
Tarix: 20-02-2023 | Saat: 12:38
Bölmə:Siyasət | çapa göndər

Münxen Konfransı Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha göstərdi

Bu gün bütün dünyanın diqqəti Almaniyanın Münxen şəhərində fokuslanıb. 1963-cü ildən bu günədək təşkil edilən Münxen Təhlükəsizlik Konfransı hər zaman dünyada təhlükəsiz həyatın təmin edilməsini və bu prosesin həlli yollarını gündəliyin əsas mövzusu kimi diqqətdə saxlayır. Prezident İlham Əliyevin bu konfransa dəvət alması və orada iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında texnika üzrə fəlsəfə doktoru Bayram Aslanov deyib.

O qeyd edib ki, konfransın panel bölmələrinə Ermənistanın baş naziri Nikol Paşinyanın qatılmaması regionda kimin sülhsevər olmasını, kimin isə olmamasını bir daha göstərdi, eyni zamanda, bu mövzuda irəli sürüləcək heç bir arqumentin olmamasının nümayişi oldu. “Düşünürəm ki, Nikol Paşinyan bu tapşırığı “böyük bacısı”ndan alıb və “böyük bacısı”nın onun yerinə bəzi “böyük mesajları” verəcəyini düşünüb. Bununla yanaşı, Fransa Prezidentinin Rusiya-Ukrayna məsələsinə münasibəti bir daha Fransanın nə qədər “sülhsevər” olduğunu Konfrans iştirakçılarına, eləcə də bütün dünyaya bəyan etdi”, - deyə o əlavə edib.

B.Aslanov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin konfransın əsas proqramındakı iki iclasda iştirakı, tədbirə dəvət edilmiş nüfuzlu dövlət və hökumət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri dövlətimizin sülhsevərliyinin, regionun həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrdə aparıcı dövlətinə çevrilməsinin, eyni zamanda, bunu dünyanın aparıcı ölkələrinin qəbul etməsinin bariz nümunəsidir. Həmçinin Azərbaycan dövlətinin müxtəlif istiqamətlərdə apardığı düzgün daxili və xarici siyasət, eləcə də yaşıl enerji, regional kommunikasiya marşrutlarının reallaşdırılması, Cənubi Qafqazda fəal şəkildə yürütdüyü sülhsevər strategiya Münxen Konfransı kimi mötəbər, dünyanın nəzərlərinin fokuslandığı tədbirdə əsas diqqət mərkəzində oldu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024