Mobil versiya
Parlament bu Memorandumu təsdiq etdi
Tarix: 17-02-2023 | Saat: 11:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

Parlament bu Memorandumu təsdiq etdi

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

aia.az xəbər verir ki, Anlaşma Memorandumu səs çoxluğu ilə təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan və BƏƏ Daxili İşlər Nazirlikləri arasında Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da imzalanıb. Anlaşma Memorandumu hər iki dövlətə yaşamaq məqsədi olmadan səfər edən vətəndaşlarına verilmiş sürücülük vəsiqələrinin tanınmasını, eləcə də nəzəri və praktiki imtahanlardan azad etməklə sürücülük vəsiqələrinin dəyişdirilməsini nəzərdə tutur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024