Mobil versiya
Novruz Aslanov İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində tədbirdə iştirak edib -Fotolar
Tarix: 17-02-2023 | Saat: 10:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruz Aslanov İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində tədbirdə iştirak edib

Fevralın16-da İsmayıllıda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi gül dəstələri ilə ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbir Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdən öncə Mərkəzin foyesində təşkil edilən sərgi və “Heydər Əliyev İsmayıllıda” adlı stendlərlə baxış keçirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək müstəqil Azərbaycanın Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olduğunu qeyd edib. Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil.
Milli Məclisin deputatı Novruzəli Aslanov öz çıxışında bu müqəddəs irsi qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu qeyd edib və Heydər Əliyev irsinin öyrəncisi və təbliğatçısı olmaq, bu mənəviyyatı gənc nəslə ötürmək vətən qarşısında şərəfli bir vəfa borcu olduğunu vurğulayıb.
Tədbirdən sonra millət vəkili seçicilərinin qəbulunu keçirib. Seçicilərin qaldırdığı məsələlər əsasən şəxsi məişət problemlərai ilə bağlı olub. Sosial məsələlərlə də bağlı müraciətlər edilib. Bir neçə məsələ operativ surətdə həll edilib.
Digər məsələlər qeydiyyata alınıb və aidiyyəti strukturlara müraciətin ediləcəyi bildirilib. Ehtiyaclı ailələrə humanitar yardımın edilməsi nəzərdə tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024