Mobil versiya
"Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından danışdıq" - Çavuşoğlu
Tarix: 15-02-2023 | Saat: 14:45
Bölmə:Siyasət | çapa göndər

"Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından danışdıq" -

"Həmkarım Ararat Mirzoyanla Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesində atılacaq addımlar barədə danışdıq və ondan Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh danışıqları haqqında da məlumat aldıq".

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada erməni həmkarı Ararat Mirzoyan ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesində əldə olunacaq irəliləyişlər regionumuzda sülh və rifahı təmin edəcək.

"Xüsusilə demək istəyirəm ki, bu 3 ölkə səmimi addımlar atsa, biz Cənubi Qafqazda daimi sülh bərqərar edəcəyik, bu regionda sülh iqtisadi tərəqqi üçün son dərəcə vacibdir”, - Çavuşoğlu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024