Mobil versiya
Mikayıl Cabbarov: Azərbaycanda özəl təhsil sisteminin inkişafı üçün böyük potensial var
Tarix: 20-06-2015 | Saat: 17:48
Bölmə:Təhsil / Manşet | çapa göndər

Mikayıl Cabbarov: Azərbaycanda özəl təhsil sisteminin inkişafı üçün böyük potensial var

Şirift ölçüsü:

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl sektorun təhsil sistemində və təhsilin infrastrukturunda inkişafı üçün böyük potensial var. Kanal24-ün məlumatına görə, bunu bu gün jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanın özəl ümümtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ümumi şagirdlərin sayından 1 faizdən azdır: "Hazırda özəl məktəblərdə təhsil alan şagirdlər üçün mövcud olan resurs, o cümlədən maliyyə resursu dövlət məktəbi ilə müqayisə olunan səviyyədə deyil. Bu baxımdan özəl sektor üçün potensial var. Potensial ondan ibarətdir ki, təhsilə bu gün yalnız dövlətin üzərinə qoyulan yük kimi baxmaq düzgün deyil. Bu baxımdan özəl sektorun gələcəkdə Azərbaycanda istər 12 illik təhsil sisteminə keçid çərçivəsində əməkdaşlığı, istərsə də təhsilin müxtəlif pillələrində özəl sektorun inkişafı üçün imkanlar mövcuddur. Bu, ümumilikdə təhsil sisteminə əlavə resursların gətirilməsi və daha keyfiyyətli nəticələrin əldə olunması deməkdir".

M.Cabbarovun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə Azəbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı əməkdaşlığın formatı və çərçivəsi gələcək müzakirələr nəticəsində müəyyənləşəcək. Onun sözlərinə görə, bu əməkdaşlığın fotmatı barədə qərarın verilməsi üçün daha geniş hökumət, digər aidiyyatlı qurumlarla məsləhətləşmələr aparmaq lazımdır: "Bu məsələdə beynəlxalq təşkilatlarla əməkdaşlıq adətən, iki formada həyata keçirilir. Əməkdaşlıq ya həmin inkişaf institutları tərəfindən təqdim olunan məsləhətləşmə xidməti, ya da xüsusi layihələrin həyata keçirilməsi istiqamətində olur. Amma bu istiqamətdə əməkdaşlığın necə olacağı ilə bağlı bu gün hər hansı fikir söyləmək çox erkəndir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024