Mobil versiya
Prezident: “Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir”
Tarix: 13-02-2023 | Saat: 14:17
Bölmə:Siyasət | çapa göndər

Prezident:

“Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi”.

aia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Mingəçevir şəhərində istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunan tədbirdə iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

“Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər”, - deyə dövlətimizin başçısı bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024