Mobil versiya
Azərbaycan-Macarıstan əlaqələri gələcəyin ən önəmli müttəfiqliyi səviyyəsinə yüksələcəkdir
Tarix: 06-02-2023 | Saat: 09:41
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Macarıstan əlaqələri  gələcəyin ən önəmli müttəfiqliyi səviyyəsinə yüksələcəkdir

Şərqi Avropanın inkişaf etmiş və orta güc adlandırılan ölkəsi olan Macarıstanla Azərbaycanın münasibətləri daim yüksələn xətlə inkişaf etmiş və etməkdədir. Bu il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Macarıstana rəsmi səfər edib. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub. Onların içərisində Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanacaq Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə də yer alır.
Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Azərbaycan-Macarıstan əlaqələri təkcə siyasi və iqtisadi deyil, mədəni və humanitar sahələrdə də uğurla davam etdirilir.Cənab Prezident İlham Əliyev mətbuata Bəyanatında bu məsələyə münasibət bildirərək söyləmişdir:” Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.”
Macarıstan, həmçinin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə dəstək olur. Azərbaycanın bütün sahələrdə ən önəmli dəstəkçilərindən biri qismində çıxış edir.Cənab Prezidentin çıxışında qeyd etdiyi “Əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.” İfadfəsi göstərir ki bu sahədə Macarıstanın dəstəyi kifayət qədərdir.
İşğadan azad edilmiş ərazilərdə şəhərsalma işinin vacibliyini qeyd edən ölkə başçısı bu sahədə əmədaşlıq imkanlarının mövcudluğuna toxunaraq Macarıstan şirkətlərinin birgə layihələr həyata keçirməsinə xüsusi önəm verdiyini bildirmiş və qeyd etmişdir ki,” Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.”
Prezident İlham Əliyevin Avropaya səfərləri, Albaniyada, Serbiyada verdiyi mesajlar və sonuncu olaraq, Macarıstana rəsmi səfər ölkəmizin Mərkəzi və Şərqi Avropada böyük təsir imkanları formalaşdırdığını göstərir. Dövlətimizin başçısının Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq. Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün mühüm əhəmiyyətə malikdir. Əlaqələrin dərinləşməsi iqtisadi layihələrin də sayının çoxalmağına səbəb olacaq. Eyni zamanda iqtisadi tərəfdaşlığın, həmçinin bir çox sahələrdə əlaqələrin sıxlaşması istər-istəməz öz regionlarında güc mərkəzi olan Azərbaycan və Macarıstanın siyasi tərəfdaşa və starteji müttəfiqə çevrilməsinə səbəb olacaqdır.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024