Mobil versiya
Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, Rumıniya ilə tərəfdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb
Tarix: 04-02-2023 | Saat: 13:42
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, Rumıniya ilə tərəfdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb

Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuşdur. İki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından otuz il ötur. Bugün də Azərbaycan və Rumıniya dövlətləri səmimi dostluq, faydalı tərəfdaşlıq əlaqələrini davam etdirir. Şərqi Avropanın iqtisadi-siyasi və beynəlxalq nüfuza malik dövlətlərindən biri olan Rumıniya beynəlxalq məsələlərin həllində fəal iştirak edir.
Rumıniyanın beynəlxalq səviyyədə əmakdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannisin mətbuata bəyanatları bunu bir daha sübut edir. Bir ay əvvəl Buxarestdə görüşən dövlət başçıları növbəti görüş üçün Odlar Yurdunu seçiblər. Görüşdə müzakirə olunan məsələlər hər iki ölkənin marağını təmin edir. Rumıniya və Azərbaycan otuz il ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında davam etdirirlər. İki dövlət arasında siyasi əlaqələr yüksək səviyyədədir qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Eyni zamanda Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkələrimiz arasında ticarət dövriyyəsi də iki dəfədən çox artıb. Ticarət dövriyyəsinin böyük hissəsini ölkəmizdən Rumınyaya ixrac edilən xam neft təşkil edir. Socar-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixcəsi var. Uzun illərdir Azərbaycanın neft şirkəti SOCAR Rumınyada fəaliyyət göstərir.
İndi isə dövlətlərarası əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyur. Təbii qazın Rumınyaya çatdırılmasına dair də saziş imzalanmışdır. Artıq Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq. Bəli, dövlətimiz Avropanın etibarlı enerji tərəfdaşına çevrilib. İki il əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan Tap layihəsi həyata keçirildi. Bu, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanır.
Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, Rumıniya ilə tərəfdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.
İki ölkə otuz il ərzində uğurlu diplomatik və siyasi münasibətləri davam etdirir. Hər iki ölkə strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına səy göstərir. Rumıniya və Azərbaycanın dövlət neft şirkətlərinin yeni sazişə imza atması , Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək. Rəqəmsallaşma layihələrinin hər iki ölkənin maraq dairəsində olması , strateji tərəfdaşlığı daha da dərinləşdirəcək.
Rumıniya və Azərbaycan etibarlı tərəfdaş, səmimi dostluq əlaqələrini inkişaf etdirən ölkələrdir. Bu iki dövlət arasında əlaqələr tarixi dövrü əhatə edir. İki dövlət arasında əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verib. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasına şərait və imkanlar var.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024