Mobil versiya
Rumıniya prezidentinin Azərbaycana səfəri
Tarix: 04-02-2023 | Saat: 12:23
Bölmə:Özəl | çapa göndər

Rumıniya prezidentinin Azərbaycana səfəri

Azərbaycan – Rumıniya münasibətlərinin əsası XV əsrdə qoyulub. Bu əlaqələr 1473- cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Moldov knyazı Böyük Stefan arasında imzalanan əməkdaşlıq haqqında müqavilə ilə başlayıb. Bu əlaqələr Səfəvilər dövründə də davam etdirilib.
Rumıniya 1991- ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biri olmuşdur. 1995- ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniya Prezidenti İon İliyeskunun dəvəti ilə Rumıniyaya rəsmi səfər edib. Ulu Öndər Heydər Əliyev İon İliyeskunun bu dəvətini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mühüm addım kimi qiymətləndirib. 1996- cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlib. Rumıniya Prezidentinin səfəri müddətində iki ölkə arasında bir sıra müqavilə və sazişlər imzalandıqdan sonra hər iki dövlət başçısı mətbuat komfransında iştirak edib.
Prezident Heydər Əliyev komfransda çıxış edib: “ Azərbaycan Respublikası öz dövlət müstəqilliyini milli azadlığını yüksək qiymətləndirir. Odur ki, bunların möhkəmlənməsinə yönəlmiş hər bir addım bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz hüquqi demokratik, sivilizasiyalı dövlət, cəmiyyət quruculuğu yolu ilə gedirik və bu yolda Azərbaycanın inkişaf etmiş demokratik ölkələr səviyyəsinə qalxa bilməsi üçün hər şeyi edirik.”
1998- ci il iyun ayında Rumıniya Prezidenti Emil Konstansinesku Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlib.
2002- ci ilin oktyabrında Rumıniya Prezidenti İon İluyeskunun Azərbaycana səfəri olub. Onunla Azərbaycan Prezidenti Heydər Əliyev arasında tərəfdaşlıq haqqında bəyənnamə və iqtisadi və elmi texniki sahələrdə sazişlər imzalanıb.
2003- cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra da Rumıniya ilə əlaqələr uğurla davam etdirilib.
2004- cü ilin oktyabrında İlham Əliyevin Rumıniyaya rəsmi səfəri olub. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb. Hətta həmin səfər zamanı Buxarestdə Heydər Əliyevin abidəsinin açılış mərsimi keçirilib. Səfər zamanı Prezident İlham Əliyev Ployeşti Neft və Qaz Universitetində olub və ölkəmizin başçısına universitetin fəxri doktoru adı verilib.
Qeyd etmək lazimdır ki, İon İliyeskunun Azərbaycana 2002- ci ildə səfəri zamanı İ. İliyeskuya Azərbaycan Texniki Universitetinin fəxri doktoru diplomu verilmişdi
2006- cı ildə Rumıniyanın yeni prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri olub.
2007- ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyaya işgüzar səfər edib. İki ölkə prezidenti arasında bir sıra məsələlər, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fondun Rumıniya nümayəndəliyinin açılış mərasimi keçirilib.
İki ölkənin dövlət başçıları 2008- ci il aprelin 2-4-ü və avqustun 21- i, 2009- cu ilin sentyabr ayında, 2010-cu ilin 14 sentyabr və 2011- ci ilin 18-19 aprel tarixlərində yüksək səviyyəli səfərlər ediblər. Bundan başqa hər iki ölkənin parlament sədrləri, baş nazir və nazirlər də işgüzar səfərlər ediblər.
Ən son Rumıniya Prezidenti T. Basesku 18- 19 aprel 2011- ci ildə Azərbaycanda rəsmi səfərdə olmuşdu. Bu gün isə 2 aprel 2023- cü ildə Rumıniya Prezidenti Klaus İohannis ölkəmizə rəsmi səfər edib. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin adından Rumıniya Prezidenti Klaus Yohannisin şərəfinə rəsmi ziyafət verilib.
Rumıniyanın agerpres.ro saytında bildirilib ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda Rumıniyanın 2009- cu ildə ikitərəfli münasibətlərini Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırdığı ilk dövlətdir və hər iki dövlət açıqlıq və onun dərinləşdirilməsində maraqlı olduğunu təstiqləyir, həmçinin, regional təsirə malik strateji layihələri inkişaf etdirir.
Rumıniya Prezidenti Klaus İohannis 2023- cü il yanvarın 1- dən Azərbaycanın Rumıniyaya əlavə qaz ixracına başladığı üçün təşəkkür edib.
Görüşdə dövlət başçıları iki milli şirkət – Romgaz və Socarın 2023-cü il aprelin 1- dən 2024- cü il aprelin 1- dək yeni müqavilə imzalayacaqlarını bildiriblər. Bu o deməkdir ki, lazım gəlsə Rumıniya Xəzərdəki mənbələrdən – Qazdan istifadə edə biləcək.
Ölkəmizin başçısı ticarətimizin ən böyük hissəsinin neft olduğunu və onun həcmini şaxələndirməli olduğumuzu qeyd edib.
Əlavə olaraq İlham Əliyev Rumıniya vasitəsilə digər Avropa bazarlarına da müraciət edəcəyimizi və bu imkanlardan qaz ixracı üçün istifadə edəcəyimizi bildirib .
Rumıniya saytlarından birində qeyd olunub ki, növbəti illərdə Rumıniya da inqilabi layihə vasitəsilə Xəzər dənizindən elektrik enerjisi almağa ümid edir.

Bayramova Cananə İsmayıl qızı
Bakı Slavyan Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024