Mobil versiya
Prioritet əməkdaşlıq
Tarix: 04-02-2023 | Saat: 12:21
Bölmə:Cəmiyyət | çapa göndər

Prioritet əməkdaşlıq

Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkədir.
 2009-cu ildə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair imzalanmış Birgə Bəyannamənin, 2011-ci ildə Strateji tərəfdaşlığın həyata keçirilməsi üçün imzalanmış Birgə Fəaliyyət Planının əlaqələrin inkişafında xüsusi rolunu qeyd edilməlidir.
 Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir.
  Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri baş tutub.
Prezident İlham Əliyevlə görüşdə bir sıra məqamlara toxunulub.
Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.
 SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
 Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.
 Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
 
Hüseynli Nərmin,
YAP-ın üzvü
 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024