Mobil versiya
Səbail rayonunda “2 fevral – Azərbaycan Gənclər Günü” münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 03-02-2023 | Saat: 18:19
Bölmə:Cəmiyyət | çapa göndər

Səbail rayonunda “2 fevral – Azərbaycan Gənclər Günü” münasibətilə tədbir keçirilib

Səbail rayonunda “2 fevral – Azərbaycan Gənclər Günü” münasibətilə tədbir keçirilib.
Heydər Əliyev ili çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Kahkaha” restoranında “2 fevral – Azərbaycan Gənclər Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatları Şahin İsmayılov və Bəhruz Məmmədzadə, aparatın əməkdaşları, rayonun fəal gəncləri iştirak edib.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 2 fevral-Gənclər Gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. O, əlavə edib ki, bizim ağıllı, intellektual, xalqını, vətənini sevən gəncliyimiz formalaşır və bununla fəxr etməliyik. Muxtar Nağıyev əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Millət vəkili Şahin İsmayılov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Millət vəkili Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətində mühüm rolu var və Azərbaycan əhalisinin mühüm hissəsini təşkil edən gənclər ölkəmizin qüdrətinin artırılmasında, cəmiyyətimizin inkişafında böyük xidmətlər göstərərək, hər bir sahədə fəal iştirak edirlər.
Sonra tədbir incəsənət ustalarının ifaları ilə davam edib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Fəxri Fərmanlar təqdim olunub.
Sonda xatirə fotosu çəkilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024