Mobil versiya
Xəzər rayonunda "Vətənpərvər Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 01-02-2023 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər

Xəzər rayonunda "Vətənpərvər Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib

Xəzər rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Vətənpərvər Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, fevralın 1-də Xəzər Rayon Gənclər və İdman İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və Şağan Reabilitasiya Pansionatının birgə təşkilatçılığı ilə Pansionatda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gənclər həftəsi" çərçivəsində bayram tədbiri təşkil edilib.

Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova, Şağan Reabilitasiya Pansionatının direktoru Təranə Quliyeva, Vətən Müharibəsi iştirakçıları, şəhid ailə üzvləri, qazilər, kiçik benefsiarlar və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan ona görə xoşbəxt ölkədir ki, onun gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, yeri gəldikdə canından belə keçir. Bu cür vətənpərvər gənc nəslin yetişdirilməsi uzunmüddətli, davamlı strateji siyasətin nəticəsidir. Bu isə Prezident İlham Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir.

Tədbirin sonunda Vətən Müharibəsi iştirakçılarına, incəsənət nümayəndələrinə və Pansionatın bir sıra gənc əməkdaşlarına İdarə tərəfindən Fəxri-Fərmanlar və Təşəkkürnamələr təqdim edildi. Tədbir UADM kiçik benefsiarlarının təqdimatında rəqs nömrələri ilə davam etmiş və qonaqlar üçün konsert proqramı təşkil edilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024