Mobil versiya
Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı
Tarix: 01-02-2023 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı

Naxçıvan Muxtar Respublikası sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

aia.az-ın məlumata görə, fevralın 1-dən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib.

Sərhədi yalnız Naxçıvan MR-da qeydiyyatı olan şəxslər avtomobilləri ilə keçə bilərlər.

Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası başlayan zaman Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlandı. Sadəcə Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi.

Ötən il iyulun 1-dən etibarən isə Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid tam olaraq dayandırılmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə