Novruzəli Aslanov: “Avropa üçün uzun illərin etibarlı tərəfdaşı olan Azərbaycanın enerji təhlükəsizliyində rolu və əhəmiyyəti getdikcə artır”
Tarix: 01-02-2023 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bu gün Avropa ölkələrinin liderləri də təsdiq edirlər ki, beynəlxalq münasibətlərdə yaranmış yeni mühit əvvəlkindən olduqca təhlükəlidir. Yeni dünya düzəninin formalaşması prosesi hazırda son dərəcə gərginliyi ilə seçilən mərhələyə qədəm qoub. Bu səbəbdən indi təkcə Avropa deyil, dünyanın digər bölgələri də müxtəlif təhlükələrlə üz-üzədir. Aydındır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanı hazırda daha çox narahat edən problem enerji təhlükəsizliyi ilə bağlıdır. Yaranmış vəziyyətdə əksər Avropa ölkələri yeganə çıxış yolunu enerji təhcizatının şaxələndirilməsində görürlər. Təbii ki, belə olan vəziyyətdə Avropa üçün uzun illərin etibarlı tərəfdaşı olan Azərbaycanın əhəmiyyəti dəfələrlə artmış olur. İlk növbədə Cənub-Şərqi, Şərqi və Mərkəzi Avropa ölkələri Azərbaycanla bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərirlər ki, bu da həmin ölkələrin coğrafi yerləşmələri ilə bağlıdır. O cümlədən Macarıstan hazırda Azərbaycanla əlaqələrinin artıq strateji səviyyəyə keçirilməsi istiqamətində addımlar atır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 30-da Macarıstana etdiyi səfər də məhz ölkələrimiz arasında yeni formatda tərəfdaşlıq əlaqələrinin növbəti səviyyəyə qaldırılması və möhkəmləndirilməsi məqsədi daşıyırdı. Aparılan müzakirələr, imzalanan sənədlər bunu deməyə əsas verir ki, ölkələrimiz arasında bir çox mühüm, strateji məsələlərə dair bütün Avropa üçün önəmli olacaq razılaşmalar əldə edilib.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Öz fikirlərini davam etdirərək deputat bildirib ki, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığa dair sənədlərin imzalanması ölkələrimiz arasında uzun müddətdən bəri mövcud olan səmimi dostluq münasibətlərinə əsaslanıb: “Məlumdur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi hər zaman beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək veriblər. Lakin bu münasibətlər hazırda tamamilə yeni mahiyyət kəsb etməyə başlayıb. Cənab Prezident İlham Əliyevin Budapeştdə mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Uzun illər ərzində aparılan uğurlu siyasət, birgə atılan addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaradıb. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Artıq iki ildir ki, Azərbaycan bu müasir enerji infrastrukturu ilə Avropaya öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənəd isə bu əməkdaşlığın perspektivlərini daha da genişləndirdi. Faktiki olaraq bu gün ilk növbədə məhz Azərbaycanın səyləri nəticəsində NABUKKO layihəsi yenidən canlandırılıb. Hansı ki, təxminən on il bundan əvvəl həm Azərbaycan, həm də Macarıstan bu layihənin reallaşması üçün kifayət qədər çalışırdılar. Lakin o zaman enerji böhranı Avropa üçün hələ mücərrəd bir təhlükə idi. Bu səbəbdən də NABUKKO layihəsi təxirə salındı. Lakin bu gün artıq vəziyyət köklü şəkildə dəyişib. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, oradan Rumıniyaya, sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.”
Daha sonra N.Aslanov ölkəmizin yaşıl enerji potensialına Avropa ölkələrinin marağının əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Əlbəttə ki, ölkəmiz bu imici ilk növbədə uzun illər ərzində cənab Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, praqmatik xarici siyasət, o cümlədən uğurlu enerji siyasəti sayəsində əldə edib. Ölkəmizin zəngin neft-qaz resursları isə imkan verir ki, uzun illər bundan sonra da, həmçinin təbii qazla bağlı ən azı yüz il bundan sonra Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq qalsın. Digər tərəfdən də ölkəmizin sahib olduğu böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda bu istiqamətdə ilkin addım atılacaq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcək.”
Sonda deputat Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında ifadə etdiyi fikirlərin önəmini qeyd edib: “Bu gün Azərbaycanın dünyada nüfuzunun getdikcə artması, ən mötəbər beynəlxalq təsisatlarda mövqelərinin möhkəmlənməsi birmənalı olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin həm yürütdüyü uğurlu siyasətlə, həm də beynəlxalq aləmdə malik olduğu şəxsi nüfuzu ilə təmin olunur. Bunu Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev barədə dediyi sözlər də bir daha təsdiq edir: “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.” Bu sözlər həmçinin onu da təsdiq edir ki, Azərbaycan bu gün Avropaya təkcə enerji resursları ixrac etmir. Ölkəmiz həm də müasir dünyada beynəlxalq əlaqələrin necə qurulmasına dair, həmçinin mürəkkəb vəziyyətlərdə ölkənin necə düzgün idarə olunmasına dair örnək nümunələr də təqdim edir və biz bununla fəxr edirik”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024