Mobil versiya
Hər bir halda dövlət olaraq İran məsuliyyət daşıyır
Tarix: 27-01-2023 | Saat: 14:35
Bölmə:Siyasət | çapa göndər

Hər bir halda dövlət olaraq İran məsuliyyət daşıyır

Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun baş verməsi ciddi bir məslədən xəbər verir. Belə ki, uzun müddətdir ki, Azərbaycana hədələr yağdıran İran dövləti ya terrora göz yumub, ya da birbaşa bu işdə maraqlı tərəfdir.
Diplomatik missiyaya qarşı bu səviyyədə hücum edilməsi, təhlükəsizlik əməkdaşının öldürülməsi bunu deməyə əsas verir. Tehranın polis rəisinin hadisəni məişət xarakterli cinayət səviyyəsinə endirməsi isə ən azından məsuliyyətdən boyun qaçırmağa cəhddir. Heç bir halda bir dövlət olaraq İran bu məsuliyyətdən yaxasını qırağa çəkə bilməz. Ən azından ona görə ki, hər bir ölkə ərazisində yerləşən diplomatik korpusun təhlükəsizliyinə cavabdehdir. Bunu İranın da qoşulduğu beynəlxalq hüquqi sənədlər də təsdiq edir. Belə ki, diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir”
Erməni terroristinə bu işi həyata keçirmək üçün əlverişli şərait yaradılması ondan xəbər verir ki, terrorist Azərbaycan səfirliyinin İran dövləti tərəfindən mühafizəsinin zəifliyindən, yaxud da heç olmamasından əmin olduqdan sonra bu işi həyata keçirirb.
İran dövlətinin məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif etməsi, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına cəhd etməsi qaranlıq məqamların olduğu anlamına gəlir. Ona görə də belə bir hadisənin məsuliyyəti yenə də İranın üzərindədir.
Bir çox dövlətlərin bəyanatlarından da görmək olur ki, hadisə İranın necə şərh verməsindən asılı olmayaraq çox ciddi xarakter daşıyır. Çünki diplomatik missiyaya qarşı terror qəbul edilməzdir.
İran ən azından tutulan terrorçunu Azərbaycana təhvil verməlidir. Çünki hadisə Azərbaycana qarşı törədilib. Dövlət olaraq İran səmimi olmalı və bu məsələdə beynəlxalq hüququn tələblərinə riayət etməlidir.
İran və onun kimi terror dövləti olan digərləri bizi haqq işimizdən döndərmək iqtidarında deyillər. Bu birmənalı olaraq belədir.
Şəhidimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir, İranın belə bir ucuz hərəkətlərə baş vurmasını isə qətiyyətlə pisləyirirk !

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024