Mobil versiya
"Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
Tarix: 27-01-2023 | Saat: 11:00
Bölmə:Siyasət | çapa göndər

"Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilə silahlı hücum qətiyyətlə pisləyirəm. İnanıram ki, bu dəhşətli terror aktını törədən günahkar layiqli cəza alacaq, məsuliyyətə cəlb olunacaqdır. Şəhid Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Ölkə başçısı İlham Əliyevdə baş vermiş hadisəni terror aktı kimi qiymətləndirdi. Prezident bildirib ki, “bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik”.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son iki ildə Azərbaycanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərinə 5-ci hücumudur. Bu və buna oxşar hadisələr bir daha göstərir ki, səfirliklərdə təhlükəsizlik xidmətinin yerinə yetirən şəxslərin sayı artırılmalıdır. Bir daha qeyd etmək istərdim ki, diplomatik missiyalara edilən istənilən hücum qəbuledilməzdir. Bu hücuma məruz qalan ölkənin suverenliyinə, diplomatik toxunulmazlığına edilən hörmətsizlikdir, qəbil edilmiş Beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. İran Vyana Konvensiyasının tələblərini yerinə yetirməlidir.

Yayılan informasiyalar bir daha göstərir ki, İran məsuliyyətdən yayınmağa çalışır,müxtəlif həqiqətə uyğun olmayan fərziyyələr irəli sürməklə terror aktını “məişət işi” kimi təqdim etməyə çalışır. Həmçinin, İran Hökuməti bu terror aktı ilə bağlı müxtəlif rəy və fikirlərin çap olunmasının qarşısını almaqla əsl motivləri ört-basdır edir. Azərbaycan İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Amma ilkin halda biz daha çox silahlı hücumuna görə səsləndirdiyi ilkin fikirlərə əsaslansaq, deyə bilərik ki, buna ümid çox azdır.

Bu gün artıq region dövlətlər, yaxşı anlayırlar ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, onun nüfuzu nəinki regionda, dünyada artır. Belə terror addımlarla ölkəmizi nüfuzdan salmaq, onu haqlı mübarizəsindən çəkindirmək istəyənlər səhv edirlər. Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024