Maskalı şəxslər iş adamının ofisinə basqın etdilər
Tarix: 25-06-2016 | Saat: 09:36
Bölmə:Gündəm | çapa göndər
Lənkəranda iş adamının ofisinə basqın olub.
Aia.Az APA-ya istinadən bildirir ki, iyunun 24-də Lənkəran şəhərində şirniyyat istehsalı ilə məşğul olan Rövşən Ağayevə məxsus ofisə açıq qalmış qapıdan girən 3 maskalı şəxs orada işləyən Azər Babayevin əllərini iplə bağlayıb onu və digər işçi Rəfail Əliyevi bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək oradakı seyfin açarını tələb edib. Onlar istədiklərinə nail olmadıqlarından A.Babayevin baş nahiyəsinə xəsarət yetirərək R.Əliyevin köməkliyi ilə seyfi 1-ci mərtəbəyə düşürüblər, A.Babayev əllərini açıb səs-küy saldığı üçün seyfi orada qoyaraq hadisə yerini "Nissan" markalı avtomobildə tərk ediblər.
Lənkəran polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Elnur Əsgərov tutulublar, daha 1 nəfər isə müəyyən edilib.
Hadisə zamanı istifadə edilmiş "Nissan" markalı avtomobil götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər