Mobil versiya
İlham Əliyev İrandakı səfirliyimizə edilən terror aktını qınadı - FOTO
Tarix: 27-01-2023 | Saat: 13:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev İrandakı səfirliyimizə edilən terror aktını qınadı -

Prezident İlham Əliyev bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktı ilə bağlı paylaşım edib.

Dövlət başçısının “Twitter” hesabındakı paylaşımında deyilir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024