Mobil versiya
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb -Fotolar
Tarix: 25-01-2023 | Saat: 16:42
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

25 yanvar 2023-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş idarəsində AzQAC rəhbərliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi arasında görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov, AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev və icraçı katibin müavini Şaban Şayev, BQXK nümayəndəliyindən isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç, əməkdaşlıq şöbəsinin əməkdaşı Rasim Allazov, əməkdaşlıq üzrə koordinator Sisiliya Kituri və əməliyyatlar üzrə şöbə müdiri Beata Skvarska iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin, gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi və sonda isə iki təşkilat arasında əməkdaşlıq memorandumunun imzalanması olub.

Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov, illərdir davam edən qarşılıqlı əməkdaşlığın səmərəli olmasından məmnunluğunu və gələcəkdə də əməkdaşlığın davamlı olacağından əminliyini bildirib. Daha sonra Novruz Aslanov iki tərəfli layihələrin uğurlu nəticələrindən söz açıb, hərəkatın bir hissəsi olaraq hər iki qurumun üzərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmini vurğulayıb. Son olaraq cənab Novruz Aslanov bütün əməkdaşlıq çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Milli Cəmiyyətə olan dəstəyini təqdir edib.

Öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç qarşılıqlı əməkdaşlığın uğurla davam etməsindən məmnunluğunu vurğulayıb və gələcəkdə də bu əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib. Xanım Koiç, 2022-ci ildə əməkdaşlıq çərçivəsində uğurlu layihələrin həyata keçirilməsindən söz açıb. Daha sonra xanım Koiç iki tərəfli fəaliyyətlərin 2023-cü ildə potensialının artırılacağını bildirib.

Daha sonra AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev qarşılıqlı əməkdaşlığın səmərəliliyindən, ortaya qoyulan işlərin uğurlu davam etdirilməsindən bəhs edib. Ceyhun Mirzəyev çıxışına əlavə olaraq yeni ildən etibarən Milli Cəmiyyət daxilində audit proseslərinin də davam edəcəyini vurğulayıb. Əsas prioritetlərin rəqəmsallaşma olduğunu qeyd edən icraçı katib, fandreyzinq fəaliyyətlərində də rəqəmsallaşma proseslərinin uğurlu olduğunu vurğulayıb.

Görüşün sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni başçısı xanım Draqana Koiç əməkdaşlıq memorandumunu imzalayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024