Mobil versiya
DSX həqiqi hərbi xidmətə qəbul elan edib
Tarix: 25-01-2023 | Saat: 11:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

DSX həqiqi hərbi xidmətə qəbul elan edib

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

Burada həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Qurumun bununla bağlı məlumatında qeyd edilib ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

• 30 yaşı keçməməli;

• Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşmaları xahiş olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024