Mobil versiya
“İŞİD terror qruplaşması ilə bağlı sənədli film çəkilib” - VİDEO
Tarix: 24-01-2023 | Saat: 13:53
Bölmə:Cəmiyyət | çapa göndər

“İŞİD terror qruplaşması ilə bağlı sənədli film çəkilib” -

aia.az xəbər verir ki, 50 ildir müharibə gedən və hələ də İŞİD terror qruplaşmasının qalıqları olan İraqda sənədli film çəkilib.

İlərdir ki, qeyri-sabit siyasi şəraitində olan İraq haqqında sənədli film ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir. Eyni zamanda İraqın sərhəd qonşusu İranın o ərazilərdə törətdiyi təxribatları, 1980-1988-ci ildə baş verən İraq-İran müharibəsində İraq xalqının başına gətirilən soyqırımı aktını gündəmə gətirməkdir. Həmçinin sənədli filmdə iraq şiəliyinin modeli izləyicələrə təqdim olunacaq. İslamı və dini terror üçün istifadə edənlərə İraqda baş verən hadisələri və dinin siyasətə qarışmamasını bir daha dünya ictimaiyyətinə çatdırmaqdır.

Vəfa Ağabalayeva Suriyadan sonra İraqın bir çox ərazilərində olub, orada yaşayan müxtəlif xalqların son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. O, İŞİD terror qruplaşmasının işğal etdyi İraqın təhlükəli ərazilərinə də, səfər edib. İŞİD – in hərbi bazasında çəkilişlər edib və hətta indiyə qədər keçilməyən minalı ərazilərə daxil olaraq, yerində görüntüləri lentə almağı bacarıb. Filmdə həmin hissələr də yer alır.

Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu əsrlər boyu İraqda yaşayan türkmən qardaşlarımızla görüşüb və onların başına gətirilən dəhşətli hekayələri dinləyib. Eksklüziv müsahibələr Vəfa Ağabalayevanın təqdimatında sənədli filmdə yayımlanacaq.

Filmin adının “Əbədi burulğan” seçilməsi də təsadüfi deyil. İllərdir burulğanlara sinə gələn ölkənin əzminə işarədir.

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru Rahim Mustafayev , montaj rejissoru Qafar Məhərrəmovdur. Film tezliklə tv məkanlarının birində yayımlanacaq.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2023