Mobil versiya
Yeni imkanlar
Tarix: 23-01-2023 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər

Yeni imkanlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadi cəhətdən çiçəklənmə dövrünü yaşayır.Prezident İlham Əliyevin 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir.

Cənab Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu potensial rəqəmlər quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Eyni zamanda SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalanıb. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arsında bu razılaşma qısamüddətli bir layihədir. Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il bundan əvvəl tam təmin olunub. İndi Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edir o cümlədən xam nefti, təbii qazı, neft kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Vətən müharibəsi ərəfəsində enerji daşıyıcı qurğuları məhv etmək niyyətində olan Ermənistan tərəfinin bu məkrli planı iflasa uğradı. Ali baş komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük qələbə sayəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin olundu. Azərbaycan dünyanın etibarlı enerji mənbəyi olduğunu bütün dünya qəbul edir.

Möhtərəm Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürüdür. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “yaşıl enerji”, iqlim dəyişikliyi, “ağıllı şəhərlər”in qurulması, yüksək texnologiyalar və bərpa olunan enerji mənbələri kimi məsələlərdə əməkdaşlıq üçün zəmin var. “Külək enerjisi bu ölkələrin iqliminə uyğundur. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin aparıcı enerji şirkətləri hazırda ölkələrində bərpa olunan enerji ilə bağlı hədəflərinə nail olmaq üçün təşəbbüslər irəli sürür. Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkədir. Ölkəmiz bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub. Məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır.Prezident cənab İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək.

Cənab Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir.Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir. Bu nailiyyətlər sadəcə, enerji tərəfdaşlığı deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu artması deməkdir. Yeni dünya nizamının formalaşdığı mühüm bir tarixi mərhələdə milli maraqlarımızın bu səviyyədə təmin olunması isə Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi və vətəndaşlarımızın rifahının daha yüksək səviyyədə təmin olunması deməkdir. Enerji amili, ölkəmizin yüksək tranzit potensialının olması, ən əsası isə cənab Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir. Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024