Mobil versiya
Eltun Süleymanov: “Ermənistan öz aqressiv siyasəti ilə özünü bütün layihələrdən kənarda qoyub”
Tarix: 22-01-2023 | Saat: 15:14
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Ermənistan öz aqressiv siyasəti ilə özünü bütün layihələrdən kənarda qoyub”

Tarixi Böyük İpək Yolunun (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya) canlandırılmasına yönəlmiş “Orta Dəhlizi”in müasir yükdaşımada çox böyük əhəmiyyəti var. Dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.
Bu günlərdə Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasının keçirilməsi Avropada bu məsləyə ciddi marağın olduğunu göstərir. Plenar iclasda Prezident İlham Əliyev çıxış edərək mühüm məsələlərə toxunmuş, mövcud reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, region ölkələri və regiondan kənarda olan ölkələr haqqında mühüm mesajlar vermişdir. İlk öncə övlətimizin başçısı iqtisadi layihələr, həyata keçirilən mühüm tədbirlərə toxunaraq bütün bu proseslərin icrasında önəmli elementlərdən olan nəhəng layihədə iştirak edən ölkələr arasında yaxşı münasibətlərin olmasının vacibliyini qeyd edərək bunun çox mühüm əhəmiyyətə malik olduğunu göstərdi: “Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz bildirib ki, belə mühüm tədbirdə cənab İlham əliyevin içtirakı və artıq birmənalı şəkildə icrasına marağın çox böyük olduğu “orta dəhliz” layihəsinin müzakirəsi ölkəmizə marağın artmasından və bu layihənin gerçəkləşməsində Azərbaycanın strateji önəmdindən xəbər verir. Cənab Prezident moderatoerun suallarını cavablandırarkən bildirmişdir ki, Qərb və Şərq arasında təbii bağlantıya malik olan Azərbaycan layihənin gerçəkləşməsi üçün öz öhdəsinə düşən bütün işləri başa çatdırmışdır. Belə ki, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Məsələyə kommersiya maraqlarından baxmağın vacibliyini qeyd edən ölkə başçısı bildirmişdir:” ükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz siz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.”

Eltun Süleymanov son olaraq qeyd etmişdir ki, Qərbdən Şərqə və Şimaldan Cənuba geniş coğrafiyada yeni marşrutlar yaradan layihələrin təşəbbüskarı və həyata keçirilməsi ilə Azərbaycan regionu nəqliyyat kommunikasiyaları şəbəkəsi ilə əhatə etmişdir. Görülən işlərin zəruriliyini, məqsədəuyğunluğunu və vaxtında olduğunu zaman və reallıq sübut edir ki, bu gün bir çox ölkələr Azərbaycanın təşəbbüsü ilə açılan yollara diqqət yönəldir. Buna görə də Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi yolunu tutaraq xidmət ixracına hazırlaşır. Bu da yeni iş sahələrinin və iş yerlərinin yaradılmasına imkan verəcəkdir.
Belə mühüm bir layihənin həyata keçiriləmsi üçün vacib olan əsas elementlərdən birinin dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasına diqqət yönəldən cənab Prezident qeyd etmişdir:” Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük.”
Özünün aqressiv siyaətində dəyişiklik etməyən və bütün qlobal layihələrdən kənarda qalan Ermənistanın mövqeyini şrəh edən ölkə başçısı bildirmişdir ki” Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024