Xalqımız 20 Yanvar faciəsini hec vaxt unutmayacaq - FOTOLAR
Tarix: 19-01-2023 | Saat: 15:01
Bölmə:Təhsil | çapa göndər
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.
Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir kecirildi. Dövlət Himnimizin sədaları altında başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olundu.
Tədbir zamanı Kollecin 2674 saylı qrup tələbələri Ömər Ağazadə və Aytən Baxışova,121 qrup tələbəsi Aydan Ələkbərli həmin gecənin xalqımız üçün hec vaxt unudulmaz bir gün olduğunu bildirdilər.Bu amansız faciənin demokratiya və milli azadlıq uğrunda mübarizəni boğmaq məqsədi daşıdığı söyləyən tələbələr daha sonra 20 Yanvar hadisəsini əks etdirən şeirlər söylədirlər.
Kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxışında qeyd etdi ki, Yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olmuş, qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur. Daha sonra Qələndər müəllim qeyd etdi ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimiz, milli iftixarımızdır.
Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərimizə borcluyuq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024