Mobil versiya
"Media sahəsində nəzərdə tutulan cərimələr çoxdur" - Qüdrət Həsənquliyev
Tarix: 19-01-2023 | Saat: 11:34
Bölmə:Siyasət | çapa göndər

"Media sahəsində nəzərdə tutulan cərimələr çoxdur" -

"Son vaxtlar gözümüzü yumub cərimələri ya Allah deyib, 1500, 2000, 4000 manat yazırıq. Bunun bir elmi araşdırması yoxdur".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini, deputat Qüdrət Həsənquliyev deyib.

"Media sahəsində nəzərdə tutulan cərimələr çoxdur. Önəmli olan şəxsin tənbeh olunmasıdır. Ümumiyyətlə, aydınlaşdırılmalıdır ki, mediada vəzifəli şəxsin orta aylıq əməkhaqqı nə qədərdir ki, o, 3500 manat cəriməni ödəyə bilsin?! Reytinqi ölçməməyə görə 1500 cərimə nə deməkdir? Bu cərimə çoxdur. Məncə, buna görə xəbərdarlıq da yetərlidir. Əvvəl belə olubsa, bunu indi belə qəbul etməməliyik. Bir çox hallarda biz sadəcə, cərimələri artıra-artıra gedirik".(unikal)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024