Mobil versiya
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür
Tarix: 17-01-2023 | Saat: 13:02
Bölmə:Siyasət | çapa göndər

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür


Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənada artıq yeni dövrün tələblərinə cavab verməyən bir sıra qanunların təkmilləşdirilməsinə, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması da dövrün tələblərindən irəli gəlib.Venesiya komisiyasının ən mühüm tövsiyələrindən birində qeyd olunur ki, “Siyasi partiyalar haqqında” qanunlar açıq və şəffaf şəkildə qəbul olunmalıdır. Ölkədəki formalaşmış yeni mühit və konfiqurasiya siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilikdə də müəyyən dəyişikiklərin edilməsi baxımından mövcud “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirilməsi bir çox baxımdan böyük əhəmiyyət kəsb edir.

Cari il iyulun 26-da Milli Məclis tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə mediada açıqlama verilib. Hətta ilk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin, komitələrin iclaslarına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Bu, Milli Məclisin müzakirələrə açıq olduğunu və ictimai rəyi nəzərə almaqla daha təkmil sənədin qəbul olunmasına hazır olduğunu göstərir.Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi mövcud siyasi partiya rəhbərləri, siyasi xadimlərin iştirakı ilə müzakirə olunub və bu ictimai müzakirələr kifayət qədər konstruktiv məcrada aparılıb.Geniş fikir mübadiləsi nəticəsində 47 siyasi partiya tərəfindən 250-dən çox təklif alınıb.Son müzakirələrdən sonra ümumilikdə qanun layihəsinə texniki, eləcə də mahiyyət xarakterli 66 düzəliş edilib. Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alındı. Yeni qanun layihəsinin ictimai şəkildə müzakirə edilməsi, ümumilikdə siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin prosesə cəlb edilməsi mövcud problemlərin həlli və siyasi sistemimizin daha da təkmilləşdirilməsi istiqamətində atılmış mütərəqqi bir addım kimi qiymətləndirilməlidir.

Siyasi partiyaların təkliflərinin, beynəlxalq təcrübənin, eləcə də keçiriləcək ictimai dinləmələrin kompleks halda nəzərə alınması nəticəsində müasir dövrümüzün tələblərinə cavab verəcək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanacaq ki, bu da siyasi sistemimizin daha da təkmilləşdirilməsi işinə verilmiş növbəti töhfə olacaq.Yeni qanunun layihəsi hazırlanarkən 24 ölkənin, o cümlədən Avropa ölkələrinin də təcrübəsi öyrənilib.Yeni qanunda siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır. Yeni qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına böyük töhfələr verəcək. Göründüyü kimi, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir.Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir. Qeyd etmək lazımdır ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ölkəmizdə həyata keçirilən siyasi islahatların tərkib hissəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024